Ramiz Duyğunla duyğulu xatireler

Qardaşxan

Ramiz Duyğunla duyğulu xatirələr

10 fevral MTN (indiki DTX) İnformasiya idarəsi mətbuat şöbəsinin rəisi polkovnik Ramiz Məlikovun (şair təxəllüsü: Duyğun) doğum günüdür.

Klv.az saytı bu münasibətlə Qardaşxanın Əzizxanlının xidmət yoldaşı haqqında yazısını təqdim edir.

İmzasını tanısam da, Ramiz Duyğunu ilk dəfə Tibb Universitetində görmüşəm. Xəlil Rzanın orada tələbələrlə görüşü var idi, məni də özü ilə aparmışdı. Gərək ki, görüşü Ramiz Duyğun təşkil etmişdi. Tədbiri onun aparıb-aparmadığı indi dəqiq xatırlamıram. Amma onun elə X.Rzatək gur səslə şeir deməsi yaxşı yadımdadır.

Sonralar bir-birimizlə yalnız şeir məclislərində görüşsək də, X.Rza Ulutürk, Söhrab Tahir AzərAzər, Məmməd Arazla hər ikimizin yaxınlığı bizi birləşdirirdi.

İndiki Prezident kitabxanasında (o zaman V.İ.Lenin adına kitabxana idi) Söhrab Tahir AzərAzər poeziya dərnəyi aparırdı, mən də o dərnəyin üzvləri arasında idim. Dərnəyimiz bir gün Hüseyn Ariflə görüş keçirdi.R.Duyğun da gəlmişdi. Mənim Hüseyn Ariflə  bağlı çıxışım oldu. H.Arifin bir neçə şeirini, necə deyərlər, sinədən deməyim, odlu-alovlu danışmağım, deyəsən,R.Duyğunun xoşuna gəlmişdi. Tədbirdən sonra mənə yaxınlaşıb, böyük səmimiyyətlə dedi: Əgər şeirini də belə ürəkdən yazırsansa, sənə halaldır”. Onun bu sözləri yaddaşıma daimilik həkk olundu. Haçan R.Duyğunu xatırlayıram, yanaşı olaraq həmin cümləsi yadıma düşür.  

Həmişə bu qənaətdə olmuşam ki, sonralar yenicə yaranmış DSMK-da (Dövlət Sərhədini Mühafizə Komitəsi) işə götürülməyimə R.Duyğunun zəmanət verməsinə həmin tədbirdəki çıxışımın təsiri olub.

Bəs necə olmuşdu ki, DSMK-ya müraciət etmişdim. Axı mən peşəkar hərbçi deyildim.

1992-ci il idi. “Azərbaycan” qəzetinin məsul katibi Şərif Kərimli ilə belə bir ideyanı dəstəklədik ki, jurnalistlərdən ibarət taqım yaradıb, Qarabağa döyüşməyə gedək. Eşitmişdik ki, erməni ilə qohumluğu olan bələdçilər döyüşçülərimizi düşmən mühasirəsinə salır, satqınlar pul müqabilində əsgər- zabitlərimizi arxadan vururlar. Bu söhbətlərin şaiyə, ya doğru olduğunu bilmirdik, amma bu qəbildən neçə-neçə xəbərin sorağını almışdıq və belə qərara gəlmişdik ki, tanıdığımız həmkarlarımızla cəbhəyə gedək.

İlk olaraq Müdafiə Nazirliyinə getdim. Nazir Rəhim Qazıyev idi. Təklifimi ciddiyə almadılar. Sonra DSMK adlı qurumun yarandığını öyrəndim. Güman yeri kimi ora yollandım. Orada kimi görsəm yaxşıdır? Ramiz Duyğunu. Məqsədimi dedim. Dedi: “İgid (ərki çatan gənclərə belə deyirdi), elə gəl hərbçi ol, jurnalisttək cəbhəyə get. “Burada işləmək yox, jurnalist yoldaşlarımla cəbhəyə getməyə kömək etməyinizi istəyirəm” dedim. “İgid, elə cəbhəyə jurnalist kimi gedəcəksən. Bu gün bizə milli kadrlar lazımdır, deyə o təkid elədi əlavə etdi: Elə jurnalist yoldaşlarından layiq bildiyin kimi tanıyırsan,onlara da de gəlsin”. DSMK-ya jurnalistika fakültəsini bizdən sonra bitirmiş, yaxşı tanıdığım  Elşad İsayev gəldi.

Daha sonra jurnalistikanın yetirmələri Mahir Cavadov, Lətif Babayev… Jurnalistlərdən ibarət taqım düzəlirdi.

Beləliklə, mən DSMK sədri general İsgəndər Allahverdiyevin əmri, polkovnik R.Duyğunun baş redaktorluğu ilə “Sərhəd” qəzetində kapitan rütbəsində hərbi müxbir kimi fəaliyyətə başladım. Beləcə, ağlıma gəlməyən, başıma gəldi.

Sonra DSMK SQ Baş İdarəsi kimi MTN-in (indiki DTX-nin) tərkibinə verildi, bir qədər keçmiş şöbəmiz “Sərhəd” qəzetiqarışıq SQ-nin tabeçiliyindən çıxarılıb MTN-in İnformasiya idarəsinə birləşdirildi.

Ramiz Duyğunun qədrini rəisliyimizdən gedəndən sonra bildim. Əslində, heç sonra da bilmədim. Ta bu yazını yazdığım günə qədər.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qardaşxan. Ramiz Duyğunla duyğulu anılar

10 fevral MTN (indiki DTX) İnformasiya idarəsi mətbuat şöbəsinin rəisi (1992-1995) polkovnik Ramiz Məlikovun (şair təxəllüsü: Duyğun) doğum günüdür. Klv.az saytı bu münasibətlə Qardaşxanın Əzizxanlının xidmət yoldaşı haqqında yazısını təqdim edir.           İmzasını tanısam da, Ramiz Duyğunu ilk dəfə Tibb Universitetində görmüşəm. Xəlil Rzanın orada tələbələrlə […]