Yazıçı Vidadi Babanlı öz vəsiyyətinə görə Qazax rayonunun I Şıxlı kəndində ailə qəbiristanlığında torpağa tapşırılıb. “Şərəf” ordenli Əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü 98 yaşlı yazıçının “Vicdan susanda”, “Həyat bizi sınayır”, “Gəlin” əsərlərini oxucular sevə-sevə oxuyub. “Vicdan susanda” bir neçə dəfə kütləvi tirajla nəşr olunub.
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.
Bz Avq 17, 2025, 16:21
Necə deyə bilərəm ki, Rafiq Tağı ilə mənimki tutmur?! Zarafat deyil, yalançılar sözü olmasın, bu günəcən onunla bir ton çörək kəsmişik, xeyirdə-şərdə yanaşı oturmuşuq, yol yoldaşı olmuşuq, ərklə bir-birimizin yazdıqlarını eninə-uzununa isladıb çırpmışıq, kalan mübahisələr eləmişik… Bəzən bir-iki saatlıq, bəzən bir-iki günlük aramız sərniyib, bir-birimizə yanpörtü baxmışıq. Sonra təzədən isinişmişik, […]