Şair, publisist Kəramət Şükürov vəfat edib

Şair, publisist Kəramət Şükürov 13 avqust tarixində, saat 19-20 radələrində vəfat edib.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Kəyəçöl kəndində anadan olub.
Əmək fəaliyyətinə Kəyəçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən “Yazıçı” və “Elm” nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət “Novruz”, “Oğuz eli” qəzetləri ilə əməkdaşlıq edib. “Nəfəs”, “Yeni quruluş” qəzetlərinin baş redaktoru, “Məqam” qəzetinin şöbə müdiri olub.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, “Ulduz” jurnalında və “Yaşıl budaqlar” almanaxında dərc olunub.
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kəramət Kəramət. Hadinin qəbrisən, yerin bilinməz

*** Hadinin qəbrisən, yerin bilinməz, Qeybə çəkilərsən, sirri-xudasan. Yollar silinibdi, sənə gəlinməz, Daha kimsə bilməz harda, hardasan. Uçar, göy qübbəsi, uçar başına, Günahkar yaddaşın daşqalaq eylər. Bəlkə də, dönmüsən Simurq quşuna, Qaranquş yuvalı yiyəsiz evlər… Soyuyan əlinə təsbeh yaraşar, Qalarsan beləcə girinc-giriftar. Quruyan dodağa “ah”, “eh” yaraşar, sənə sarı gələn […]