Jeton Kelmendi alban şairidir. O, yazıçı, dramaturq, publisist, tərcüməçi və universitet professoru kimi fəaliyyət göstərir.
1978-ci ildə Kosovanın Peja şəhərində anadan olub, ilk təhsilini də Pejada alıb. Daha sonra Pristina Universitetində təhsilini davam etdirib, kütləvi kommunikasiya sahəsində incəsənət ixtisası üzrə bakalavr dərəcəsini bitirib.
Əsərləri xarici dillərə ən çox tərcümə edilən alban şairidir. Tənqidçilərin fikrincə, Jeton Kelmendi müasir alban poeziyasının öncül nümayəndəsidir. Beynəlxalq səviyyədə tənqidçilər və şairlər onun yaradıcılığı haqqında çoxsaylı məqalələr yazıb, onu böyük bir Avropa şairi hesab etdiklərini vurğulayıblar.
Üzümü axtarıram
Özümdən üzr istəyirəm,
Onu haradan tapacağımı bilmirəm…
Onun üzünü görmək axtarışın sonunda…
Bu zamansız günlərin göstərdiyi
Sadəcə, müəmmalar, sirlər…
Başladım və görürəm,
Məni özümdən uzaqlaşdırır
Bütün istiqamətlər – hər şey…
Unutmağa cəsarət toplayıram,
Zaman necə yoldan çıxıb?
Kim bizi adımızla çağırır?
Hara gedirlər?
Sonra biz harada qalırıq?
İtkin quşlar kimi
Yenə qırılan ümidlə…
Əksinə,
Daha dürüst olsaq,
Düşüncələrin fəsilləri
Anlamı dəyişdi.
Mən gerçək bir üz axtarıram,
Öz üzümü…
Zamanla bir şəkildə ayaqlaşmaq üçün
Qarışıq zamanlarda yaşayır.
Dəqiq bir ehtiyac planı, qüsursuz.
Ya yol özünə qayıtsa
Mənim kimi?
Bir üz axtara-axtara
Baxdığım hər yerdə
Səni görürəm.
Mənim heç kimsəm,
Bir yerdə var olduğum üçün şadam.
Mən var olana qədər,
Üzüm mənim,
Bir az daha yaxşı görünərsən.
Zamanın üzüdür bu,
Mənim üzüm deyil.
Paris, 26 yanvar 2020-ci il
Hər məsafə uzaq deyil
Arzunun sərhədini görmək üçün
Göy üzünün pəncərəsini aç,
Hər mümkünsüzün ardında
Bir mümkün var.
Bu gecə çoxlu fikirlərlə gəzdim.
Kimsə məsafələri yox etdi…
Mən də ora gedə bilərəm,
Çox uzaq olmaz.
Hər məsafə hər səmtə
Yaxın deyil sanki…
Fürsətə qapı aç,
Yolunu azsan,
Öz-özünə gəzərsən.
Və bil ki, məqsədin olanda
Hədəfə çatacaqsan.
Röya, məni yuxudan oyatma,
Nə vaxtsa o oyanışlardan
Dahs təsirli yollar salınar
Sadəcə, hədəfə varacaqlar üçün.
Cəsarətinə inan,
Madam ki, tamaşalar
Təkcə rəqsi ağırlayıb-əzizlədi,
İtkinlər ancaq pislərdir,
Amma hər məsafə uzaq deyil…
Priştina, 6 aprel 2020-ci il
Tərcümə: Ümid Nəccari, Fəxriyyə Həsənoğlu