Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamenti Bakı Yunus Emre İnstitutu ilə birgə seminar keçirib

27 fevral 2025-ci ildə Bakı Yunus Emre İnstitutunun təşəbbüsü və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Nərimanov kampüsündə “Okumak, yazmak ve yaşamak üzerine” adlı seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova qonaqları salamlayaraq “Türkiyə və Türkoloji Koonferansları Dizisi- I” tədbirlər silsiləsinin ilk görüşünə ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib.

Tədbirdə, eyni zamanda, Bakı Yunus Emre İnstitutunun rəhbəri Güvən Çolak, Dillər və ədəbiyyatlar departamentinin müəllim heyəti və universitet tələbələri də iştirak edib. Seminara moderatorluğu Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Semiha Özel Yaman icra edib.

Seminarda əsas mövzu üzrə Bakı Yunus Emre İnstitutunun “Türkiyə və Türkoloji Koonferansları Dizisi- I” layihəsinin ilk qonağı yazar Aykut Ertuğrul geniş və maraqlı çıxışı ilə yadda qalıb. O iştirakçıların, əsasən də tələbələrin diqqətini çəkən yazarlıq necə formalaşır, əsər yazarkən nədən ilhamlanmaq olar, yaradıcılığın psixologiyası və s. haqqında öz mülahizələrini bölüşüb. Qeyd edək ki, Aykut Ertuğrulun 2013-cü ildə yazdığı “Mümkün öykülerin en iyisi” kitabı Türkiyə Yazarlar Birliyinin təsis etdiyi “ən yaxşı hekayə kitabı” mükafatına layiq görülüb.

“Okumak, yazmak ve yaşamak üzerine” adlı seminarın davamında departamentin müəllimi dos. Ülvi Babasoyun müzakirə edilən əsas mövzu ilə bağlı çıxışı dinləyicilərdə maraq oyadıb. Daha sonra isə Aykut Ertuğrul tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova Bakı Yunus Emre İnstitutunun rəhbəri Güven Çolak bəyə, tanınmış yazar Aykut Ertuğrul bəyə və seminar iştirakçılarına təşəkkür edib. O, bu əməkdaşlığın davamlı və səmərəli olacağını dilə gətirib. Seminar xoş təəsüratlarla yekunlaşıb.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy "Mədəniyyət" TV-də

Klv.az saytı Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti tənqidçi-esseist Ülvi Babasoyun “Mədəniyyət” TV-də tarixçi professor Cəbi Bəhramovla birgə çıxışını təqdim edir. Video-material ilə buradan tanış ola bilərsiniz.