Amin Səfərov. Eşq həyatın gerçəyidir aşiq olan bir insana

Klv.az saytı istedadlı tələbə Amin Səfərovun şeirini öz dilindən təqdim edir

 

Eşq həyatın gerçəyidir aşiq olan bir insana,

Çünki çatar o canana, həyatının mənasına.

 

Ancaq canan üz verməsə, tənə etsə sevgisini,

Nifrət edər o dilbərə, hər sözünə, hər nazına.

 

Göy qurşağına bənzərdi, hər rəng tapılardı eşqdə,

Bir canan idi, hüsnünə, bəlkə, qapılardı eşq də.

 

Hər qapıya gələn kəsi buyur edərkən hüzura

Hər sərsəri şeir yazardı ona fərqli ahəngdə.

 

Alçaqlara ümid verdi, mərdi yanına qoymadı,

Mən də şeir yazdım ona, fəqət nemətdən saymadı.

 

Mən qeyri gülü qoxlasam, qısqanclıqdan çatlayardı,

Fəqət özü hər buluddan yağış qapsa da, doymadı.

 

Mənim sənə duyduğum eşq səninçün bir əyləncə mi?

Mən səni sevdim, ey canan, yoxsa ki, bu əyləncəni?

 

Bununçünmü sətir-sətir şeir yazdım?

Bununçünmü röyaları qurban verib yatmadım heç bir gecəni?

 

Ya ongünlük, onüçgünlük, ondördgünlük bir sevdaydı,

Günah səndəydi, məndəydi, yoxsa günah payızdaydı?

 

Yatmadığım gecələrdə, tökdüyüm göz yaşımdaydı?

Ya da günah noyabrda, günah bu eşq ayındaydı.

 

Sənin bu eşqimə verdiyin qarşılıq həqarətdi,

Mənim verdiyim cavabsa göstərdiyim nəzakətdi.

 

Mənim kobudluğum xəltdi, bir günahdırsa, gözəlim,

Sənin hər qəlbə mehman olmağın nədir? Ədalətdi?

 

Onüçgünlük bir sevdanın onüçsaatlıq xətri var,

Gözlərimdə yaş qalmadı, burnumda nifrət ətri var.

 

Hər könülə meşə salmaq məharətdirsə, bəs mənim

Bir afətçün min camalı rədd etməyimin xeyri var?

 

Məni ədəbiyyat qoxan sözlərimlə xatırla sən,

“Gözəl şair idi” söylə, əgər məni xatırlasan.

 

Mən də səni nifrətinlə, təhqirinlə yada salıb

Kağızlara sevdalanıb, qələmlərlə dost olacam.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada - nəşr olunub

Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb dilinə tərcümədə İordaniyada işıq üzü görüb. Dahi şairin 530 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş kitabın “Ön söz”ünün müəllifi tanınmış İordaniya yazıçısı və ədəbiyyatşünası Samih əl-Məhariq, əsərin ərəb dilinə tərcüməçisi Fərid […]