Sude Negintac. Ağrı toplusu

Sude Negintac, 1983-cü ildə İranın Yasuc vilayətində anadan olub. İngiltərədə çap edilmiş “Özünə təşəkkür etdin?” şeir kitabının müəllifidir. Onun əsərləri Amerikada “I Am a Face” adlı şeirlər toplusunda ingilis dilində və ABŞ-nin müxtəlif ədəbi dərgilərində çap olunub. Onun poeziyası qadın azadlığı, insan haqları və etiraz çalarları ilə fərqlənir.

 

Parlaq kədərli ruh
Elə bilirdin ki, ağrı burjuaziyanın gizli cazibəsidir.
Amma eyni zamanda əziyyət çəkən bir toplu insanda sanki nəsə parça-parçadır.
eyni anda bir qrup insan planetin maketi üzrə fırlanırlar…
plastik vətən axtarışında dəfn olurlar…
Elə bilirdin ki, ağrı burjuaziyanın gizli cazibəsidir.
Ağrı sol qolunuzda şişkin sistemin axıntısıdır.
yanacaqdoldurma məntəqəsindəki bütün maşınların çəninə girən kapitalizmin eyni qara şlanqıdır.
Kərəcdə küçədə oğlanın kəlləsinə toqquşan bir şey var
Şirazda güləş döşəyinə batan bir şey
O, otağınızın yataq dəstinin ən özəl ziqzaqlarına batır
Bu, məhv olmaq üçün yavaş-yavaş çəkdiyin bir “şüşə”dir.
sənin həlak olmanı istəyirlər…
Həlak olmursan.
Bilirsənmi, eşitməməli şeylər var
Amma toplu şeylər tükənməzdir.
Və bilirsən ki, ağrı toplananda möhtəşəm olur
Və bilirsən ki, ağrı toplananda ana olur.

Bir parça ət üçün sırada gözləmək kimi deyil!
Çörək və it nəcisi növbəsində insanlar bir-birini itələyir,
illərdir bir-birinin tər qoxusunu kəllələrində daşıyırlar.
Və bu, kütləvi qırğındır.
Necə xarabaya dönüb və şanlı olmaq olar?
Necə ac qalıb, aciz olmamaq olar?
Necə ola bilər ki, iztirablar birləşib və parıldasınlar.
Bir-birlərinə baxıb parıldasınlar…
biri-birinin canına girib və parıldasınlar…
biri-birinin canından olub və parıldasınlar…
Televizor kadrının ortasında gözündə iki qançırı ilə qız necə etiraf edərək baxa bilər?
Necə ola bilər ki, bir avara adam qadın kölgəsini asfaltın ortasına atıb ona baxsın?
Necə bir yazının burjua dövrünə qayıdıb yazının ağrısından yuxarı qalxmaq olar?
Özünə daldığın başqalarından deyil
Parça-parça olmağın başqalarının üzündən deyil.
Barmaqlarını dostlarının laxtalanmış qanı birləşdirir
Və dostların!
Bu dəfəki və ilk dəfəki dostun!
Yuxudan ayılırsan və illər sonra onun şəklini şah taxtında oturmuş kimi
poliklinikanın çarpayısında uzanaraq görürsən.
ayağındakı dəmir qandal və əlindəki kitabla
Və xəyallarının səması kimi zolaq-zolaq paltarla
gülməyin tutur.
Virtual səhifələrdə bu, sadəcə toxunulmayan qəşəng bir şəkil kimidir.
Səsin səsinə çatmır
Baxa bilmirsən
inciyə bilmirsən
Hamı hamını öldürür
Gözəl div!
Kiş adasında velosipedini əyri-üyrü şəkildə sürən yaraşıqlı eynəkli div.
Koronanın təcili yardımı maşınında oturub,
başının üstündə dayanaraq bu illərin bütün şeirləri üstünə işədi və getdi…
Bu təsvir deşdi səni
yazmamaq deşdi səni
deşdi səni qan…
Başını çevirirsən və bir şairin “Sasan” xəstəxanasında ölümünü izləyirsən.
Və ağrı, böyük ağrı, kəkələmədir.
böyük bir toplumdur qanın və qırılan dəmirin altına sümüyədək girən.
Yazılmayacaq şeylər var
bəzi şeylər də var küçələrdə
bəzi şeylər də var…
Sizi xilas edəcək bəzi şeylər var…

Tərcümə edən: Umid Najjari

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Qəhrəman. Dədəm

Uşaq yaddaşı daşa həkk olunmuş yazı kimidir. Məhəmməd peyğəmbər (s.a.v.)   – Burdan bir atlı keçmədi? – Keçdi. – Çaparağıdı, yorğaraq? – Çaparaq (və ya yorğaraq). – Çapsaq, çatarıq? – Həəə. – Dəh-dəh-dəh-dəh-dəəhhh! Bu sual-cavabdan ibarət qısa dialoq dədəmlə bağlı xatirələrimin əvvəlincisidi. Yadımdadı, Sus kəndinin Aşağı bağdakı çəmənliyində arxası üstdə uzanıb […]