Qulu Ağsəs. Özündәn başqa heç kәsi hәrlәmir bu köhnә Yer valı

***

Tanımadığım ölkәyә

zәng vurub

şeir oxuyuram –

ovqatımın ad günündә.

Bilmirәm,

o tәrәfdәki şiddәt altındadı,

ya hәzzin üstündә?..

Açılı ağzını görmәdәn,

bәrәlә gözünü görmәdәn,

telefonda üzündәn şeir oxuyuram –

adamın üzünü görmәdәn.

…Xәttә hardansa

yad sәs qarışır

dörd oktavalı:

“Özündәn başqa

heç kәsi hәrlәmir

bu köhnә Yer valı… ”

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Adonis. Qadına (şeir)

Be Sen 16 , 2024
Adonis imzasıyla tanınan Əli Əhməd Səid İbsir 1930-cu ildə Suriyada, Kasabin kəndində doğulub. Dəməşq Universitetinin Fəlsəfə fakültəsini bitirib. Beyrutda “Məvakib” (“Mövqe”) adlı ədəbi jurnal təsis edib və elitar ərəb şairlərini dərginin ətrafında cəmləyib. Uzun müddət UNESCO-da məsləhətçi işləyib. 94 yaşlı şair bir sıra beynəlxalq ədəbi mükafatlara – 1993-cü ildə Mallarme […]