Pərvin Əliyeva. Çərçivəli fikirlər

Bu cığırlar söyləməz, addımladar harasa,

Gözünü qırışdırar, sifətini soldurar.

Arzular haraylayar, ilğım keçər sinəndən,

Qırçınlanar üfüqlər, ömür-günə tələsər.

 

Tələsər kölgələrin dirsəklənən hürküsü,

Təntisə də yay günü, torpaqtək gümrahlaşar.

Mənim ruhum dincələr qılçıq sünbüllər kimi,

Saralsa da sapsarı, hikkəsindən boğulmaz.

 

Yazığam, nərildəmə ov üstünə tüfəngtək,

Sürünüb ayaqlarım addım-addım gəlibdir.

Bir göz qırpımındayam, biryolluq hönkürtüdə,

Göylər baxışlarımdır, yarpaqlar da əllərim.

 

Uyuşmuram yerlərə, bilirəm ki, qonağam,

Səpələnib köksümdə həzin-həzin nəğmələr.

Ürək sükut evimdir, mən rəsm sərgisiyəm,

Boğmalıyam nə qədər boğazımda kəlmələr?

 

Ömür gecə yuxusu, gündüz tələskənliyi,

Bir yayğın güllə səsi bir müdhiş görüntüdür.

Sualları ahəngdar, cavablar da bir təhər,

Çərçivəli fikirlər, səhmansızdır günlüyü.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olundu

Ça İyn 4 , 2024
Tanınmış Azərbaycan şairi Leyla Əliyevanın seçmə şeirlərinin toplandığı “Seçilmişlər” kitabı işıq üzü görüb. Müəllifin öz yaradıcılığı ilə bağlı dediyi “Çoxları mənim poeziyamı emosiyalarımla, əhvali-ruhiyyəmlə əlaqələndirir və sanırlar ki, şeirlərim çox kədərlidir. Əslində isə, o şeirlərin əksəriyyəti məndən bəhs etmir. Onların çoxu ümumən insan ruhunun mənzərələrini, hal və həyəcanını ifadə edir. Elə bilirəm, şeirlər mənə […]