Məmmədzamin Eynəlizadə. Aprelin 1-i

Ay sən axxx-mağın biri.

Heç olmasa bu gün yaz,

Yaz ki: “Səni sevirəm”.

Soruşanda: “Ciddisən?”

De, zarafat edirəm.

 

Gedim təqvimə baxım,

Deyim axxx-mağın biri.

Kaş il bircə gün olsun,-

O da aprelin 1-i.

 

Mən də bir yalan deyim,

deyim darıxmamışam,

Elə bu şeiri də

heç sənə yazmamışam.

 

Mən kiməm şeir yazım

gözlərin olan yerdə.

Özümə məzar qazım

yanağın batan yerdə…

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rafael Hüseynov yazır. Çingizin işığı

Narahat xəbər məni darıxdırdı, səhərədək bu nigaranlıqda qala bilməyəcəyimi hiss edərək elə gecə saatlarında Gömrük xəstəxanasındakı dostlarla əlaqə saxladım, Çingizin vəziyyətindən xəbər tutdum. Artıq təhlükənin sovuşduğunu, hər şeyin qaydaya düşdüyünü öyrənincə toxdadım və çox sevindim. Sevinməyim yalnız ona görə deyil ki, mənə əziz olan bir insanı, dəyərli dostumu, qısa vaxt […]