“Ədəbiyyat səyyahları” (klv.az) saytı “V Məmməd Araz Poeziya günü” çərçivəsində Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunan “Hər şeir Vətənin bir əsgəridir” adlı şeir müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi sənət naminə yazılmış poetik nümunələrin yaranmasına dəstək olmaq, Azərbaycana istedadlı şairlər qazandırmaq, onların cəmiyyətdə və şeir dünyasında layiq olduqları pilləyə qalxmasına yardımçı olmaqdır.
Müsabiqənin şərtləri:
Müsabiqədə iştirak edənlərin yaşına və göndərilən poetik mətnlərin həcminə məhdudiyyət yoxdur. Müəlliflər yalnız yeni, indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər.
Şeirlər 14-lük Times New Roman şriftlə və 1,5 intervalla word faylında yığılmalıdır.
İştirakçılar müsabiqəyə şeir göndərəndə ad, soyadları ilə birgə şərti adlarını (münsiflər heyətinə təqdim olunması üçün) yazmalıdırlar. Bununla yanaşı şəxsiyyət vəsiqələrinin hər iki üzünü, fotolarını, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi- hallarını müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər: m.arazmusabiqe@gmail.com
Ədəbi nümunələr müsabiqəyə 2024-cü ilin mart ayının 1-dək qəbul ediləcək, martın 15-dək münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Münsiflər heyətinə şeirlər şərti imza ilə veriləcək. Qaliblərin elan edilməsi ilə əlaqədar vaxt və tədbir ayrıca elan ediləcək.
İnformasiya və təşkilati dəstək: Xəzər Universiteti, “Ədəbiyyat səyyahları” (klv.az) saytı, “Xəzər-xəbər” jurnalı, “525-ci qəzet”, “Ədalət” qəzeti, Qaynarinfo.az
Müsabiqə ilə bağlı sual yarandıqda iştirakçılar (+994) 050 592 00 44 telefon nömrəsi ilə əlaqə yarada bilərlər.
Müsabiqənin 1-ci mükafatı – 200 AZN;
2-ci mükafat – 150 AZN;
3-cü mükafat – 100 AZN.
Mükafatçılara müvafiq diplomlar təqdim olunacaq.
Müsabiqədə ilk onluğa düşmüş müəlliflərə iştirakçı diplomları veriləcək.
Müsabiqədə yer tutmayan müəlliflərin məktub və göndərişlərinə geri dönüş edilməyəcək.
Ən yaxşı poetik nümunələr klv.az saytında və jurnalımızda dərc ediləcək.