Nərgiz Günəş. Ana, mən yaxşıyam…

Nə qədər ananın gözü yol çəkir,

Fəxr edir, bəzən də ürək kövrəlir.

Şəhidlər röyada anaya deyir:

-“Ana, mən yaxşıyam, narahat olma!”

*****

Vuruşdum, döyüşdüm, cəsarətimlə,

Əlimdən hər gələn şücaətimlə,

Düşməni mat qoyan mətanətimlə,

Ana, mən yaxşıyam, narahat olma!

*****

Düşmən susdursa da bu saf qəlbimi,

Düşünmə övladın çəkir dərd-qəmi,

Vətənçün can verən oğullar kimi,

Ana, mən yaxşıyam, narahat olma!

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yeqzar Cəfərli ilə görüş keçirilib

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi yazıçı Yeqzar Cəfərli Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 128 saylı orta məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın “Müzakirə saatı”nın qonağı olub. Görüş məktəbin müəllimi, Kiçik Akademiyanın Humanitar bölməsinin rəhbəri Cəvahir Rəsulzadənin təşkilatçılığı ilə keçirilib. Tədbirdə müəllifin “Uçurum” hekayələr kitabı müzakirə edilib. Şagirdlərdən A.Cəmilə “Kim […]