Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

İsveçdə ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.
Bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.
Bildirilib ki, 2023-cü il Ədəbiyyat üzrə Nobel Mükafatı norveçli yazıçı Jon Fosseyə verilib.
O, innovativ pyeslərinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Yun Fosse 1959-cu ilin 29 sentyabrında Norveçdə anadan olub. Uşaq yaşlarında ölümcül qəza keçirən Fosse bu qəzadan təsirlənərək yetkinlik yaşında sözügedən motivdə yazılar yazıb. Müəllifin əsərləri 40-dan çox dilə tərcümə edilib. Yaradıcılığında şeir, hekayə, roman, esse və pyeslər önə çıxır. 2011-ci ildən Fosse Norveç dövlətinə məxsus olan və Oslo şəhərinin mərkəzində Kral Sarayının ərazisində yerləşən Qrotten fəxri iqamətgahı ilə təltif edilib.
2022-ci ilin aprelində yazıçının romanı Damion Searls tərəfindən ingilis dilinə tərcümə edilib və “Yeni Ad: Septologiya VI-VII” romanı Beynəlxalq Buker Mükafatının qısa siyahıya düşüb. Yun Fosse həmçinin bədii tərcümə ilə də məşğuldur.
Xatırladaq ki, mükafatın ötənilki qalibi fransalı yazıçı Anni Erno olub.
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azad Qaradərəli. Krım... Qırım... (Hekayə)

Bəkir Çobanzadənin xatirəsinə, professor İsmayıl Kazımovun vergülünə, nöqtəsinə… Bərk sazaq əsir. Adamın iliyinə işləyən alaqarannıq sazağı. Səsi özündən qorxuludur. Telefon dirəklərindəki məftillərə qoşulub daha qorxunc səs çıxardır. Kinoçu Familin özü sürdüyü maşınla hərdən kəndimizə gətirdiyi əsir düşərgəsi haqqında filmin havası var bu çöllükdə. Nənəmin hənirtisi olmasa, havalanaram. Bir dərəni enib, […]