Əvvəli: https://klv.az/2023/09/27/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-8/
(davamı)
§ 14. Coqitationes axını. Coqito və coqitatum
Eqo coqito –nun transsendental aşkarlığının bütün mühümlüyünü, biz indi eqonun özü ilə eyni olan çoxformalı cogitationes-ə, nəticə ehtibarı ilə isə, bu axırıncı ifadənin sonralar necə müəyyən olunmasından asılı olmayaraq, mənim özümün eynim olan MƏNİN, fikirləşən MƏNİN yaşadığı şüurlu həyat axınına keçiririk. Nümunə üçün, bu həyatda, özünü hissən başa düşən və təsəvvür edən və ya özündə mülahizə istehsal edən və onu dəyərləndirən, həyacanlandıran həyatına o hər zaman özünün refleksiya edən nəzərlərini istiqamətləndirə və onu nəzərdən keçirə bilər, sonra isə, onun məzmununu təsvir edərək izah edə bilər. Bizə etiraz edə bilərlər ki, tədqiqatı belə bir istiqamətdə aparmaq, bunu özü elə, xalis daxili təcrübəsi, özünün xüsusi şüurlu həyat təcrübəsi əsasında psixoloji deskripsiya həyata keçirmək deməkdir, həm də bu cür təsvirlərin təmizliyi üçün, burada təbii ki, psixofiziki olan bütün sahəni diqqətdən kənar saxlamaq tələb olunur. Yeri gəlmişkən, onun həqiqi metodiki mənasının yalnız yeni fenomenologiyada açılmasına baxmayaraq, şüurun deskriptiv psixologiyasının özü, necə ki, biz onu özlüyündə, transsendental- fenomenoloji reduksiya ilə müəyyən edirdik, həmin mənada transsendental fenomenologiya deyil. Şüurun xalis psixologiyası özündə şüurun transsendental fenomenologiyasını təmsil etməsinə baxmayaraq, bununla belə, onları biri-birindən ciddi surətdə fərqləndirmək lazımdır; əksinə, onların qarışdırılması həqiqi fəlsəfəyə gəlməkdə bizi imkanlardan məhrum edən transsendental psixologizm üçün xarakterikdir. Söhbət burada bizim fəlsəfi yolumuzun səhv və ya düzlüyünü müəyyən edən, guya ki, hansısa cüzi əhəmiyyət kəsb edən nüansdan gedir. Daim nəzərə almaq lazımdır ki, bütün transsendental–fenomenoloji araşdırma, sözsüz transsendental reduksiyaya əməl edilməsi ilə əlaqədardır, belə ki, onu yalnız təkcə ruhi həyatın antropoloji araşdırılmasının abstrakt məhdudiyyəti ilə səhv salmaq olmaz.
Ona görə də, şüurun psixoloji araşdırılmasının mənası, transsendental-fenomenoloji araşdırmanın mənasından dərin uçurumla ayrılır, baxmayaraq ki, hər iki tərəfin təsvir olunan məzmunu bir-biri ilə razılaşa bilərlər. Bir halda biz mövcudluğu fərz edilən dünya haqqında məlumatlara malik oluruq və bununla onları insanın ruhi həyatının təşkili kimi başa düşürük, digər halda, paralel olaraq biz dolğun identik məlumatlara malik oluruq, bu haqda söhbət getmir, belə ki, fenomenoloji quruluşda dünya ümumiyyətlə, mənaya gerçəklik kimi deyil, yalnız gerçəkliyin fenomeni kimi malik olur.
Əgər belə bir qərara aparan psixologizmdən qaçmaq müyəssər olarsa, onda həlledici mühümlük başqa bir məqam da əldə edir, belə ki, quruluşun müvafiq dəyişkənliyi zamanı, onu şüurun həqiqi psixologiyası və təcrübənin təbii əsası üçün saxlayır. Nəzərdən qaçırmaq olmaz ki, εποχή dünyada mövcud olan hər şeyə münasibətdə o şeydə heç bir şey dəyişmir ki, onda mövcud olan həmin şeylərlə əlaqədə, çoxşəkilli cogitationes özü bu münasibətləri özündə saxlayır; məsələn, nə, bu ctolun indi qavranılması, məhz onun əvvəlki kimi, qavrayışı olaraq qalır. Belə ki, ümumiyyətlə, belə bir predmetə qanuni ayrılıb verilən həqiqi məna məsələsinin necə olmasından asılı olmayaraq və transsendental yolda durmaqla mən, hər cür digərləri kimi, mənim üçün təbii məna gücünə malik olan bu şeylərdən hər necə olur-olsun çəkinsəm də, hər halda, hər şey haqqında şüurdan keçən hər bir təəssüratın özü elə, şüurun özü deməkdir. Buna görə də, transsendental eqo coqito daha bir hissə ilə tamamlanmalıdır: Hər bir coqito, yaxud başqa cürə desək, şüurdan keçən hər bir təəssürat hansısa predmeti güman edir və beləliklə, özü-özündə şərtləndirilmlş kimi, bu və ya digər coqitatumu daşıyır, üstəlik hər bir coqito bunu öz bildiyi kimi edir. Evin qavranılmasında qarşıya ev qoyulur, daha dəqiqi, bu fərdi ev, qavrayışın modusunda da fərz edilir, evin xatırlanmasında o yaddaşların modusunda, ev təsəvvüründə- təsəvvür modusunda fərz edilir; nümunə üçün, burada dayanan kimi, başa düşülən ev haqqında predikativ mühakimə, onu müvafiq olaraq, qiymət verməni də bura qataraq mühakimə modusunda – üstəlik yeni moduslarda və il axır, fərz edir.
Başa düşülən təəssüratlar, həmçinin intensional da adlandırılırlar, üstəlik “intensionallıq” sözü burada şüurun ümumi əsas xassələrindən başqa bir şeyi göstərmir – coqito qismində, nəyinsə haqqında şüurla başa düşmək, öz coqitatumunu özündə daşımaq deməkdir.
Tərcüməçi: Obaçı
Davamı: https://klv.az/2023/10/11/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-10/