2023-cü ilin Buker mükafatı üçün qısa siyahı elan edilib

2023-cü ilin Buker mükafatına iddialı olan kitablarının qısa siyahısı elan edilib. Siyahı mükafatın rəsmi saytında dərc olunub.

Nominantlar arasında Sara Bernşteynin “İtaətkarlığın öyrənilməsi” (“Study for Obedience”), Conatan Eskofferinin “Mən səndən çox yaşasam” (“If I Survive You”), Pol Hardinqin “Bu başqa cənnət” (“This Other Eden”), Pol Linçin “Peyğəmbərin nəğməsi” (“Prophet Song”), Çetna Marunun “Qərb döngəsi” (“Western Lane”) və Pol Murreyin “Arı sancması” (“The Bee Sting”) kitabları da var.

Qalib 2023-cü il noyabrın 26-da Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

Buker mükafatı dünyada ən prestijli ədəbiyyat mükafatlarından biridir. Mükafat ilk dəfə 1968-ci ildə təsis edilib və 1969-cu ildən etibarən hər il təqdim olunur.

Beynəlxalq Buker mükafatı isə yalnız 2004-cü ildən kitabları ingilis dilinə tərcümə olunan və Böyük Britaniyada və İrlandiyada dərc edilən müxtəlif ölkələrdən olan müəlliflərə və həmin kitabların tərcüməçilərinə təqdim edilir. Mükafat fondu 50 000 funt sterlinq təşkil edir və kitabın müəllifi və onun ingilis dilinə tərcüməçisi arasında bərabər məbləğdə bölünür.

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: https://klv.az/2023/09/25/oldos-haksli-c%c9%99sur-yeni-dunya-18/ (davamı)         ON BİRİNCİ HİSSƏ           Dölləndirmə otağındakı qalmaqaldan sonra Londonun bütün yuxarı kastaya aid insanları İnkubator və Tərbiyə Mərkəzinin Müdiri qarşısında, (daha doğrusu, keçmiş Müdirin qarşısında, çünki zavallı Müdir hadisədən dərhal sonra istefa vermişdi və bir daha mərkəzdən içəri ayağını qoymamışdı) […]