Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/09/20/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-7/

 (davamı)

Düşüncə II. ONUN UNİVERSAL STRUKTURUNA GÖRƏ, TRANSSENDENTAL TƏCRÜBƏ SAHƏSİNİN AÇILMASI

§ 12. Dərk etmənin transsendental əsaslsndırılması ideyası

Bizim düşüncələr indi, əvvəl müəyyən edilmiş nə vardırsa hamısından, yalnız düzgün istifadə edilə bilməklə, sonrakı inkişafa tələbat duyur. Fəlsəfəyə münasibətdə, kartezianlıq kimi düşünərək, transsendental eqonun köməyi ilə mən nə edə bilərəm? Əlbəttə, dərketmə münasibətlərində onun varlığı mənim üçün hər cür obyektiv varlıqdan öndədir: müəyyən mənada o, üzərində hər cür obyektiv dərketmənin açıldığı yer və əsasdır. Lakin bu öncüllük göstərirmi ki, transsendental eqo hər cür başa düşmə obyektləri üçün, adi mənada dərk etmənin əsasıdır? Əlbəttə, biz heç də Dekartın, bütün elmlərin ən dərin əsasını və obyektiv dünyanın özünün varlığını transsendental subyektivlikdə axtarmğın lazım olduğu haqqında dediyi böyük fikırlərindən imtina etmək niyyətində deyilik. Əks halda, biz onun “Düşüncələr”inin yolu ilə gedə bilməzdik, hərçəndi onlara tənqidi düzəlişlər etməklə. Lakin, ola bilsin ki, transsendental eqonun kartezian kəşfləri ilə yanaşı, həm də, məhz transendental əsaslandırma kimi, dərketmənin hansısa yeni dəlilləri açılır. Döğrudan da, eqo coqitonu, əqli nəticənin apodiktik aşkar müddəası olaraq, guya transsendental subyektivliyə aparan kimi istifadə etmək əvəzinə, bizə ona diqqət yetirmək lazım idi ki, fenomenoloji εποχή transsendental təcrübənin yeni sahəsi kimi, varlığın yeni hüdudsuz sferasını açır ( mənim üçün, düşünən filosof üçün).

Nəzərə almaq lazımdır ki, onun dəyışən ümumi modusları ilə yanaşı hər cür həqiqi təcrübə növünə – qavrayışla, retensiya ilə, xatirələrlə və s – həmçinin bir növ paralel moduslu (bir növ- qavrayış, bir növ- retensiya, bir növ -xatirələr və c) təcrübə kimi, müvafiq xalis fantaziya da məxsusdur, biz həmçinin, transsendental varlığın hər hansı gerçəklikləri haqqında deyil, ən çoxu onun aprior mümkünlüyü haqqında mühakimə yürüdən və bununla belə, xalis mümkünlük iqtidarında olan, eyni zamanda aprior qaydaları gerçəkliklərin adına yazan hansısa aprior elmin olduğunu da gözləyirik.

Lakin, fikirlərimizlə, fəlsəfə olmalı olan fenomenoloji elmlərin konsepsiyasına bu qədər tələsik can atmağımızla, dərhal da, artıq yuxarıda xatırlatdığımız, eqonun apodiktik aşkarlıqlarının əsas metodik tələbləri ilə əlaqədar çətinliklər qarşısında meydana çıxırıq. Çünki onun özünə sərf olunmaqla eqo varlığının bu aşkarlığı nə qədər mütləq olsa da, hər halda o yenə də bilavasitə müxtəlif cür mövcud olan transsendental təcrübələrin varlıq aşkarlıqları ilə üst-üstə düşmür. Hərgah cogitationes, transsendental reduksiyanın qurulmasında qəbul olunmuş, yada salınmış və sairə kimi verilərsə, onu hələ heç bir halda mövcud olmuş, keçmiş və sairə, mütləq şübhəsiz şey kimi qəbul etmək olmaz, hələ ola bilsin ki, yenə də göstərmək mümkün olacaq ki, ego sum-in mütləq aşkarlığı zərurət əsasında transsendental həyatın və eqonun xatibuallığının özü-özünə dərk edilən müxtəlf cür təcrübələri üzərinə yayılsın, hərçəndi, bu cür aşkarlıqların (xatirələrin, retensiyaların və s. aşkarlıqları) fəaliyyət dairəsini məhdudlaşdıran, məlum hədlərdə. Yəqin ki, daha dəqiq ifadə etməklə aşağıdakıları göstərmək lazımdır: özü-özünə dərketmənin transsendental təcrübəsinin şübhə doğurmayan mütləq tərkibi yalnız təkcə „MƏN varam“ın eyniliyi ilə məhdudlaşmır, həm də onlar özü-özünə dərketmənin həqiqi və mümkün təcrübələrinin bütün xüsusi varlıqlarında – hərçəndi onlar öz detallarında mütləq olaraq şübhəsiz deyillər – MƏN təcrübəsinin hansısa universal apodiktik strukturunda görünürlər (məsələn, təəssüratlar axınının müvəqqəti immanent formalarında).

Onun özündə həmin vəziyyət birləşir ki, MƏNIN apodiktik olaraq konkret kimi özü-özü üçün qabaqcadan layihələşməsi, müəyyən təəssüratların, qabiliyyətlərin, meyllərin daxil olduğu fərdi məzmunla doldurulması, bununla əlaqədardır; özü-özünə dərketmənin mümkün təcrübələrinin əlverişliliyi predmet kimi qorizontda layihələşdirilir, belə ki, imkan dairəsində ona in infinitum-u zənginləşdirmək və mükəmməlləşdirmək lazım gəlir.

§ 13. Transsendental dərk etmə sahəsi ilə əlaqədar ilkin olaraq problemin kənarlaşdırılmasının zəruriliyi

Bunu əməldə göstərmək, onun ayrı-ayrı, bir-biri ilə dolaşıq formalar ilə əlaqələrində necə, onların universal dolaşıqlığı sayəsində müştərək əldə olunan nəticələri ilə əlaqələrində də eləcə, özü-özünə dərketmənin transsendental təcrübəsinin böyük tənqidi məsələsi olardı. Şübhəsiz, əvvəlcə transsendental təcrübənin və onun bəzi sadə aşkarlıq əlaqələrinin razılaşdırılmış gedişini izləməklə, onları onların ümumi cəhətlərində təsvir edərək biz artıq onun varlıqları ilə tanış olsaydıq, bunun daha yüksək səviyyəli məsələ olduğunu güman edərdik.

Kartezian düşüncələrinin həyata keçirilən genişliyi müvafiq şəkildə tələb olunan fəlsəfə istiqamətində, elə indi bizim atacağımız sonrakı addımları motivləşdirəcəkdir (yuxarıda təsvir olunan kartezian mənasında). Transsendental fenomenologiyanın təklif olunan ümumi adı üçün, elmi araşdırmalar, əvvəlcədən gördüyümüz kimi, iki etapdan keçməlidir.

Onlardan birincisində, özü-özünə dərketmənin transsendental hökmranlığının dərhal aydınlaşdırılması üçün, sonsuz olaraq hər tərəfi mükəmməl gəzib dolaşmaq, bununla belə əvvəlcə, nəticə ehtibarı ilə, bu aşkarlıqların təsir dairəsinin apodiktik prinsipləri haqqında qızışan, son tənqidi məsələləri bir kənara qoymaqla, sadəcə onun razılaşdırılmış gedişində ona xas olan aşkarlıqlara arxalanmaq lazım gələcək.

Bunda, hələ tam mənasında fəlsəfi etap yoxdur, beləliklə, biz təbii təcrübənin aşkarlığına ümüd edərək fəaliyyət göstərən naturalist kimi hərəkət edirik, belə ki, bir naturalist kimi onun üçün, təcrübənin prinsipial tənqidi məsələləri, onun mövzuları hüdudundan kənarda qalır.

Bu zaman fenomenoloji araşdırmanın ikinci etapı, məhz transsendental təcrübənin tənqidi, sonra isə, ümumiyyətlə, transsendental dərketmənin özü olacaqdır¹².

Bizim baxış dairəsinə qeuri-adi dərəcədə özünə məxsus elm daxil olur – elmlərə, sözün əvvəlki mənasında obyektiv elmlərə münasibətdə son dərəcə ziddiyyət təşkil edən, elmin həqiqi və mümkün transsendental təcrübəsində verilmiş, konkret transsendental subyektivlik haqqında elm. Hərçəndi sonuncular arasında həmçinin, subyektivlik haqqında, ancaq – subyektivlik aləminə aid olan, obyektiv, özünə məxsus canlı məxluqlar haqqında elm də yerə malikdir. İndi isə demək olar ki, söhbət, öz varlığı ilə predmeti, dünyanın varlığı və yoxluğu haqqında məsələnin həllindən asılı olmayan elm haqqında, mütləq subyektiv elm haqqında gedir. Üstəlik görünür ki, onun birinci və yeganə predmeti, yalnız və yalnız mənim transsendental eqom, fəlsəfə ilə məşğul olanın transsendental eqosu ola bilər. Mübahisəsiz olaraq demək olar ki, transsendental reduksiyanın mənası da ondan ibarətdir ki, o ilk əvvəl mövcud olan kimi, eqodan başqa, yəni noema-noetik məzmunla birgə onun özündə birləşən şeylərdən başqa heç bir şeyə ümüd edə bilməz. Şübhəsiz, beləliklə, o öz işinə, bizi, lap transsendental olsa da, solipsizmə aparıb çıxaran xalis eqologiya kimi, elm kimi başlayır. Axı hələ tamamilə görmək mümkün deyil ki, reduksiyaların quraşdırılmasında digər eqolar – sadəcə olaraq dünya fenomenləri kimi deyil, həm də digər transsendental eqolar kimi – mövcud olan kimi hansı formada qoyula bilər ki, bunun da sayəsində həmin dərəcədə də fenomenoloji eqologiyanın tam hüquqlu mövzusu olsun.

Bu cür şübhələr bizi, yeni başlayan filosofları hürküdüb qorxutmamalıdır.

Transsendental eqonun reduksiya etməsinə səbəb olan – halbuki, müvafiq olaraq onun xüsusi mənasında, onun ardıcıl aparılması fenomenologiyanın transsendental intersubyektivliyinə gətirib çıxarır, həm də sonuncunun çərçivəsində açılmaqla – dözülməz solipsizmi bu elmdən fəqləndirən cəhət, ola bilsin ümumiyyətlə, transsendental fəlsəfəyə də aiddir. Həqiqətdə də görünür ki, transsendental solipsizm yalnız fəlsəfənin ən aşağı pilləsidir və özlüyündə, lazımı formada transsendental intersubyektivlik problematikası oyununa – əsaslandırılan, deməli, daha yüksək pillədə dayanan – daxil edilməsi üçün metodik olaraq məhdudlaşdırılmalıdır. Lakin məlum etapda bizim düşüncələr bu haqda hələ qəti heç bir şey deyə bilməz və ümumiyyətlə, ilkin olaraq gətirilən bütün aydınlaşdırmalar öz əhəmiyyətini bütünlüklə yalnız sonralar üzə çıxara bilər.

Hər bir halda burada, bundan sonra bizim sonrakı bütün düşüncələrimiz üçün həlledici olan, əhəmiyyətli dərəcədə fikirlərin kartezian gedişindən kənarlaşmalar meydana çıxır. Dekartın ziddinə olaraq, biz, transsendental təcrübənin sonsuz sahəsinin açılması üçün, məsələnin həllində dərinlərə baş vururuq. «Eqo coqito, eqo sum»-in aşkarlıq vəziyyəti kimi, nə qədər ki, o təkcə transsendental epoxanın xalis metodik mənasının aydınlaşdırılmasına deyil, həm də eqonun özünun özünü transsendental təcrübə vasitəsi ilə sonsuzluğa qədər sistematik izah edə bilməsinə diqqət yetirməsinə etinasızlıq edir və bununla da, tamamilə özünə məxsus və xüsusiləşmiş şəkildə qarşıdakı işə hazirlanmış sahə kimi uzanır, nə qədər ki, o hərçəndi, bütün aləmlə və bütün obyektiv elmlərlə əlaqələndirsə də, bunula belə, onların varlıq mənasını tələb etmir və nə qədər ki, o həm də bütün bu elmlərdən ayrı düşmüşdü və üstəlik onlarla heç cürə yanaşı olmur, deməli dekart aşkarlığı səmərə vermir.


¹²Bax: İnqarden, Doqquzuncu qeyd, sonuncu abzasın on ikinci paraqrafından başlayan mətnin fraqmentinə aiddir. Burada bax.

Davamı: https://klv.az/2023/10/04/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-9/

Tərcüməçi: Obaçı 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Robert Qass. Gecə qonaqları

Ca Sen 28 , 2023
(hekayə) Bir gün arvadım Yuditlə qərara gəldik ki, qızımız Leylanı da götürüb birgə səyahətə çıxaq. İçərisində səfər üçün hər cür ləvazimatları olan avtofurqon kirayələyib Meksikanın iki ştatının yerləşdiyi Aşağı Kaliforniyaya yollandıq. San-Dieqoya qayıtmazdan bir gün qabaq əldən-ayaqdan uzaq çimərliyin yanında köç salası olduq – axırıncı istirahət gecəmizi təbiətin qoynunda keçirmək […]