Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/08/23/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-3/

(davamı)

Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL

§ 6. Aşkarlıqda fərq. Özlüyündə ilk aşkarlığın və apodiktliyin fəlsəfi tələbi

Lakin burada, bu mühüm başlanğıc bənddə, daha dərin düşüncələr lazımdır. Mütləq ehtibarlılıq və ya eyni zamanda mütləq şübhəsizlik haqqında sözlər aydınlaşdırılmağa ehtiyac duyur. Onlar bizim diqqətimizi o vəziyyətə cəlb edir ki, aşkarlığın ideal olaraq tələb olunan mükəmməlliyinin daha dəqiq izahı zamanı fərq meydana çıxır.

Fəlsəfi düşüncələrin indiki giriş mərhələlərində biz, az-çox nöqsansız aşkarlıqların elmə qədərki təcrübələrinin hədsiz sonsuzluğuna malik oluruq. Bununla belə, natamamlıq bir qayda olaraq, şeylərin özünün mövcudluğunun və ya onlarla əlaqədar vəziyyətin yarımçıqlığını, birtərəfliliyini, nisbi anlaşılmazlığını və dolaşıqlığını göstərir, üstəlik təcrübələrin bundan əvvəlki və bununla yanaşı gedən, tamamlanmamış ehtimal komponentləri ilə yüklülüyünü göstərir. Mükəmməllik o vaxt həyata keçirilir ki, sintetik irəliləyiş təcrübələri öz aralarında necə razılaşdırırsa, bu zaman yanaşı gedən ehtimallar, hərəkət zamanı onların təcrübəsinin həqiqi tamamlığına nail olur. Həm də məsələ ondadır ki, mükəmməllik də adekvat aşkarlıqların ideyasına uyğun olsaydı, açıq qala bilməsi ilə, o prinsipial şəkildə sonsuz sahələrə aid edilməzdimi.

Bu ideyanın daim alimin niyyətlərinə rəhbərlik etməsinə baxmayaraq, yenə də (biz onlara qapılmağımızla necə əmin oluruq) mükəmməllik başqa növdə, daha yüksək dəyərlə onun üçün aşkarlıq əldə edir – bu apodiktikliyin mükəmməlliyidir; bəzən onlara adekvat olmayan aşkarlıqlar da qoşulur. Şübhəsizlik dedikdə, söhbət, alimin bütün prinsiplərdən tələb etdiyi, tam müəyyən edilmiş və xüsusi mənada qəbul edilən mütləq şübhəsizlikdən gedir, belə ki, onun ali dəyəri özünü onun təkrar cəhdində və daha yüksək səviyyədə göstərir, beləliklə, ona apodiktliyin yüksək məziyyətini vermək üçün prinsiplərə müraciət edərək özü-özünü artıq aşkar əsaslandırmaya gətirib çıxarır. Sonuncunun əsas cəhətlərini aşağıdakı şəkildə xarakterizə etmək olar.

Hər hansı aşkarlıq mövcud olanın özünün və ya onun varlığının tam doğruluğu ilə, bu şəkildə hər cür şübhələri kənar edən bu cür mövcud olmanın “o özü” modusunda dərhal başa düşülməsidir. Lakin bununla, hələ həmin imkanlar kənat edilmir ki, aşkar olan sonradan şübhə doğuracaq, varlıq görünüş kimi meydana çıxacaq, – hissi təcrübələr də bizə bu cür nümunələr göndərir.

Şübhəsizliyin bu açıq şəkildə itirilmə mümkünlüyü, yaxud aşkarlığın ziddinə olaraq qeyri-varlığın mümkünlüyü həmişə, bu aşkarlığın onun üzərində nə qədər müvəffəqiyyətlə işləməsinə görə tənqidi refleksiyalar vasitəsi ilə qabaqcadan dərk oluna bilər. Apodiktik aşkarlıq isə həmin gözəl xüsusiyyətləri əldə edir ki, o ümumiyyətlə, aşkar varlığı təkcə şeyin özündə və ya onunla bağlı şəraitdə təsdiqləmir, eyni zamanda tənqidi refleksiya vasitəsi ilə onların yoxluğu sadə ağlagəlməzlik kimi açılır; belə ki, o bu şəkildə meydana çıxa bilən hər hansı şübhəni, predmetsizlik kimi istisna edir. Bününla bərabər, aşkar doğruluğu ilə qarşıda duran tənqidi refleksiyanın bu cür aşkarlığı, xatırlanan şeyin yoxluğunun ağlasığmaz aşkarlığı kimi, apodiktikliyin məziyyətlərini əldə edir, hər hansı daha yüksək dərəcəli tənqidi refleksiya ilə məsələlərdə də vəziyyət bu cürdür.

İndi mütləq şübhəsizlik haqqında kartezian prinsipini yadımıza salaq, belə ki, hər hansı ağla batan şübhəyə ğörə, hətta o de facto öz ayağı altında heç bir dayağa malik olmasa da, əsl elmi quruculuq haqqında olan prinsip kimi kənar edilməlidir. Əgər bizim düşüncələrimizin gedişində o daha aydın forma əldə edərsə, onda sual olunur, o hər hansı formada olur-olsun, bizi indi həqiqi başlanğıca gətirə bilərmi. Əvvəl deyilənlərə uyğun olaraq, fəlsəfənin əvvəlindən başlayan birinci qəti sual, indi belə demək lazım gəlir ki, sual olaraq, biz özümüz üçün bu cür aşkarlıqlar tapa bilərikmi kimi formalaşdırılır, bu da, apodiktik olaraq həmin mülahizələrə gətirib çıxarır ki, onlar ola bilsin ki, eyni zamanda onların gözdən keçirilən xüsusi apodiktikliyi ilə yanaşı, həm də bütün digər düşünülən aşkarlıqlardan qabaqda gəlirlər və özü-özlüyündə birinci olurlar; əgər onlar qeyri-adekvat meydana çıxarlarsa, onlar ən azı, bu apodiktikliyin səbəbindən həmişəlik zəmanət almış dərk olunan apodiktik məzmun, varlıq məzmunu, yəni mütləq möhkəmlik əldə etməlidirlər.

Məsələ ondadır ki, bundan sonra apodiktik yoxlanılmış fəlsəfi quruluşu davam etdirmək olarmı və bunu hansı şəkildə etmək olar ki, hələlik cura posterior kimi cavabsız qalsın.

Davamı:https://klv.az/2023/09/06/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-5/

Tərcüməçi: Obaçı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əli Şirin Şükürlü. Filosofun qeydlərindən: Yuxugörmə nədir – reallıq, yoxsa..?

(Yuxugörmə barədə elmi-fəlsəfi konsepsiyam) Biosentrizm nəzəriyyəsi qəti qərar verir ki, ölüm yoxdur. O, insan şüurunda yaranan bir illüziyadır. İnsan bu dünyada ölürsə, başqa paralel dünyalarda yaşamağa davam edir. Bu mühakimə də Kvant nəzəriyyəsinə əsaslanır: istənilən bir hissəciyin müşahidə və ya ehtimal oluna bilən bütün variasiyaları eyni vaxtda müxtəlif kainatlarda mövcud […]