Şəfa Yusifli. Son xatirələr

Mənmi bivəfa oldum, ya sənmi sevdin cəfa, atılan hər ox nişan aldı bizim sevdamıza? Yelin aparacağı qara arzular qarışdı torpağa, əzəmətli palıd olub, yel ilə aşdı yolumuza. Gecələr yuxu, gündüzlər nəşə çıxdı yoxa, sənli arzular itib gözdən, qarışdı sonsuzluğa…

Mən sənə savab, sən mənə günahtək baxanda şeytan da anladı müşkül məsələdir bu sevda. Qırışdı al yanaqlar, dən düşdü qara saçlara. Bir fəsildə qatlanmaq gərək bu qocalığa.

Məktub aparan göyərçinlər qalxmır havaya, illərlə yığılan həsrət ağır gəldi olmaya? Daha su çillənmir bu yollara, toz bağlansa da. Sən gəlsən, bütün dünya biləcək leysan yağsa da.

Dağın dağa rast gəldiyi bu kiçik dünyada, bir dəfə olsun yolumuz düşmədi eyni məkana. Hər cür cəfa, hər cür dərd yazılan bu alına tanrımı qıymadı bir cümlə sevgi yazmağa?..

Ay bədirlənir, ulduz sönür, hər an dilimdə dua, səni görmək üçün hər bəhanə ilə əl açıram Allaha. Fələyi bilmək olmaz, bir gün gəlsən məzarıma, bir çiçək də bəsdir ruhumun şad olmağına.

Eh nazlı yar, ey sevgili nigar, baxma yazdığıma. Səni son dəfə görməmiş ölməyi gətirmirəm ağlıma. Neyləməli? Şəhriyar, Müşfiqtək usta olmasam da, səni yazıram şeirlərimin ən gözəl parçalarına…

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Oldos Haksli. Cəsur yeni dünya

Əvvəli: http://Oldos Haksli. Cəsur yeni dünya https://klv.az/2023/08/14/oldos-haksli-c%c9%99sur-yeni-dunya-12/ (davamı) YEDDİNCİ HİSSƏ Dik kənarlı yayla açıq qonur rəngli toz boğazda küləksizliyə tərpənməyən gəmini xatırladırdı. Kanal dik sahillər arasında dolanır, çay ətrafındakı çölləri ilə birlikdə yaşıl bir zolaq kimi vadi boyunca uzanırdı. Boğazın mərkəzindəki bu daş gəminin burnunda onun bir hissəsi kimi görünən çılpaq […]