Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2023/08/09/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri/

(davamı)

Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL

§ 3. Kartezian çevrilişi və elmin əsaslandırılmasının aparıcı son ideyası

Beləliklə, biz, hər kəs özü üçün və özündə, əvvəlcədən, hər şeyə, yeni başlayan filosofların radikal qərarı kimi, hər şeydən əvvəl, indiyə qədər bizim üçün əhəmiyyət kəsb etmiş bütün məsləkləri, bunula yanaşı, həm də bizim bütün elmləri oyundan çıxarmaqla başlayırıq. Bizim düşüncələrin aparıcı ideyaları da, Dekartda olduğu kimi, əsaslandırılması radikal həqiqilikdə lazım gələn, son nəticədə də universal elmlərin ideyası olan, elmi ideyalar olacaqdır. Lakin nə qədər ki, biz nümunə olaraq həqiqi növə³ malik heç bir sədaqətli elmə malik deyiliksə – axı biz onlardan heç birinə əhəmiyyət vermirik – onda mütləq əsaslandırılması lazım olan elmi ideyaların, bu ideyaların özlərinin yəqinliyi ilə məsələ, bəs necə qarşıda durur? Burada hansısa qanunauyğun son ideya üzrə, mümkün praktika mümkün məqsədə malikdirmi?

Şübhəsiz biz qabaqcadan hansısa bu cür mümkünlük normalarını və ya heç olmasa hər hansı təbii üslub formalarını, özlüyündə, həqiqi elmə münasib hesab etməyi güman edə bilmərik. Çünki əvvəl-axır bu, bütöv bir məntiqi, ilkin şərtlər olaraq elmi nəzəriyyə kimi qəbul etmək olardı, halbuki, o da bütün elmlərin çevrilməsinə cəlb olunmalı idi. Dekartın özü də həndəsi və ya riyazi təbiətşünaslıq kimi müəyyən elmlərin idealına orientasiya edirdi. Bu ideal bədbəxtçilik gətirən xurafat kimi yüz illiklərin başının üstündən əksik olmur, həmçinin tənqidi olaraq ölçülüb-biçilmədən “Düşüncələr”in özünün də gedişini müəyyən edir. Dekarta görə, qabaqcadan özü-özünə aydın idi ki, universal elm deduktiv sistem halına malikdir, deduksiyanın əsasına xidmət edən bütün bina aksiomatik fundamentə söykənməlidir. Həndəsədə buna bənzər həndəsi aksiomla ötürülmə, Dekartda universal elmlərə uyğun olaraq eqonun mütləq özü-özünə gerçəkliyinin aksiomatik prinsiplərinin bu fitri eqosu ilə birgə aksioma rolunu oynayır, – fərq yalnız ondadır ki, bu aksiomatik fundament daha çox həndəsi dərinlikdə yerləşir və həndəsənin özünün son əsaslandırılmasına təsir etmək qabiliyyətindədir.

Bizə lazımdır ki, bütün bunları bir kənara qoyaq.

Yeni başlayan filosof kimi, biz hələ elmlərin heç bir normativ idealını qəbul etmirik və yalnız biz özümüz onu yenidən hansı dərəcədə yaradırıqsa, ancaq o dərəcədə onlara malik ola bilərik⁴.

Lakin biz buna görə də elmlərin mütləq əsasının ümumi məqsədlərindən imtina etmirik. Axı, Dekartın “Düşüncələr”i ilə məsələ necə idisə, bunun kimi də o bizim düşüncələrin gedişini daım motivasiya etməlidir və onun daxilində tədricən müəyyənliyin konkret obrazını qəbul etməlidir. Bizə yalnız onu məqsəd kimi müəyyənləşdirdiyimiz üsulun seçilməsində ehtiyatlı olmaq lazımdır, – biz hətta onun imkanları haqqında qabaqcadan mülahizə yürüdə bilmirik. Ancaq bu məqsədəmüvafiqlik üsulunun nədən ibarət olduğunu necə aydınlaşdırmaq və üstəlik özünü səhvlərdən necə qorumaq olar?

Elmlərin ümumi ideyasını biz, əlbəttə, elmlərin faktiki məlumatlarından əldə edirik. Əgər bizim radikal tənqiqi mexanizmimizlə onlar yalnız təqribi elmlər hesab ediləcəksə, onda elə həmin mənada onların ümumi son ideyası da ancaq və ancaq təqribi olmalıdır. Beləliklə biz bilmirik, o ümumiyyətlə həyata keçiriləndirmi. Hər halda, yehə də biz, mütərəddid ümumiliyin bu cür gümanları və hər hansı qeyri-müəyyənlikləri formasında onu əldə edirik; nəticə ehtibarı ilə, hansısa fəlsəfi ideyalarla əldə edirik, yəni elə bir fəlsəfə ilə ki, məlum deyil o həyata keçiriləndirmi və özü də hansı formada. Biz onu əsaslanmağa cəhd etdiyimiz ilkin prezumpsiya kimi qəbul edirik, belə ki, hələlik yol veririk ki, sınaq üçün bizim düşüncələrimiz üzərində rəhbərlik etsin. Diqqətlə düşünək görək, biz onu bəzi imkanlar formasında necə təsəvvür edə bilərdik və sonra həyata keçirərdik. Əlbəttə, biz ilkin olaraq adət etmədiyimiz vəziyyətə düşəcəyik, ancaq əgər bizim radikallığımız mənasız hərəkətlər kimi qalmadan gerçək olmalıdırsa, onda bunlardan necə qaçmaq olar. Beləliklə səbrimizi toplayıb irəli gedək.

§ 4. Elmin son mənasının neomatik fenomen kimi ona qapılması (einleben) vasitəsi ilə açılması

İndi görünür, birinci nəyi etmək lazım gələcək, – bu əvvəlcə qeyri-müəyyən ümumilikdə bizim qarşımızda dayanan aparıcı ideyalara aydınlıq gətirmək olacaqdır. Əlbəttə, söhbət elmlərin faktiki məlumatları əsasında müqayisə və abstraktlaşdırma yolu ilə elmi anlayışların yaradılması haqqında getmir. Axı, mənaca bizim bütün elmi mühakimələr həqiqi və əsl mənada elmi və mədəni faktlar kimi eyni şey deyil, birincisi, özünün faktikiliyindən başqa hələ özünə hansısa iddiaları da birləşdirir, belə ki, bu cür çılpaq faktikiliklə, məhz artıq icra edilmiş kimi təsdiq edilmir. Elm ideya kimi- əsl elmi ideya kimi, məhz bu iddialarda birləşir (Liegt).

Bu ideyanı necə başa düşmək və açmaq olar? Qoy lap bizə faktiki elmlərin (onlara iddia edənlərin) əhəmiyyətinə dair mülahizələr söyləməyi qadağan etsinlər və bu surətlə, onların nəzəriyyələrinin həqiqiliyi haqqında, müvafiq olaraq onların nəzəri metodlarının ehtibarlılığı haqqında mühakimə yürütsünlər, – hər halda, yenə də can atma xarakterinə qapılmaqdan və elmin təsir dairəsinə düşməkdən ötrü, həm də bununla onların əslində nəyə istiqamətləndiklərini yəqinləşdirməyə və aydınlaşdırmağa nail olmaqdan ötrü, qarşıda heç bir maneə yoxdur. Əgər biz həmin can atma ilə tədricən dərinə gedərək, elm üçün xarakterik olan intensiyanı başa düşməyə çatsaq, onda qarşımızda – əvəlcə birinci fərqləndirmədə – həqiqi elmlərin ümumi son ideyaları üçün konstutiv olan momentləri açılır.

Buraya bilavasitə və ortaq məxrəcə gətirilmiş mühakimələrin fərqləndirilməsində, ilk növbədə hərəkət kimi mühakimə və sonra mühakimənin özünə toxunan birinci aydınlaşma aiddir: ortaq məxrəcə gətirilmiş mühakimələrlə digər mühakimələrin məna əlaqəliliyinin bağlılığı ondan ibarətdir ki, onlara mühakimə əminliyi (ihr urteilender Glaube) verən gücün, özlüyündə, həmin digər mühakimələrdə də olmasını güman edir –artıq inamda qəbul edilmiş nə isə bir şeyin gücünə belə inanırlar. Ardı ilə mühakimənin doğruluğunun, həqiqiliyinin və ya əksinə – onun doğru olmadığınin, yalanınin göstəricisi olan əsaslandırılmış mühakimələrə can atılmasının, yəni əsaslandırmaya fəaliyyət kimi səy göstərməyin aydınlaşdırılması gəlir. Bu cür göstəricinin özü ortaq məxrəcə gətirilmiş mühakimələr üçün elə ortaq məxrəc olur, bu, onların əsaslandırılması ilə qırılmaz əlaqədə, məlum mühakimənin mənasına daxil edilmiş birbaşa mühakimələrin tərkibində olan göstəricilərdə əsaslandırılır. Bir dəfə aparılmış əsaslandırmaya, yaxud onda göstərilən həqiqətə, nə vaxt lazım olsa, yenidən qayıtmaq olar. Onun sərbəst olaraq yenidən hasil edilməsinin bu imkanları sayəsində, əlavə olaraq eyni ilə həmin cür başa düşülən həqiqət, müvəqqəti olmayan tapıntı və nailiyyət olur və o bunun da nəticəsində indi “dərk etmə” adlandırılacaq.

Əgər biz bu yolu daha da davam etdirsək ( əlbəttə, yalnız burada nəzərdə tutulmuş), onda bəzi əsaslandırmaların və dərk etmələrin mənasının daha dəqiq izahı ilə, tezliklə aşkarlıq ideyalarına gəlib çıxırıq. Həqiqi əsaslandırılmalarla mühakimə doğru, razılaşdırılmış meydana çıxır, yəni bu cür əsaslandırma, ən yaxşı ifadə edilmiş mühakimələrin vəziyyətində (şeylə və ya şeylərin vəziyyəti ilə) mühakimələrin razılığıdır. Dəqiq desək, mühakimələrin çıxarılması güman aktıdır, bir qayda olaraq, yalnız təxminlərdir ki, məsələ həmişə belədir və məhz elə belə də qalır; mühakimə (o, nə haqda çıxarılıbsa) bu halda yalnız və yalnız güman edilən şey və ya şeylərin vəziyyətidir, başqa cürə – şey və ya şeylərin vəziyyəti odur ki, onlar mühakimələrdə necə qoyulurlar. Lakin, bəzən şeylərin vəziyyətinin bu və ya digər dərk edilən mühakimələrində, hansısa xüsusi güman etmə üsulu bütün bunlara qarşı durur. Onu aşkarlıq adlandırırlar. Şeylərdən sadəcə uzaqlaşdırılmış təxmini aşkarlıqlardan fərqli olaraq, şey, şeyin vəziyyəti onun özü kimi göz qabağına gəlir və ona görə də çıxarılan mühakimə şeyin özünə və şeyin vəziyyətinin özünə yiyələnir. Yalnız eləcə güman edilən mühakimə, şüurda aşkarlığa müvafiq həyata keçirilən çevirmə (Überführung) vasitəsi ilə şeyin özünə və şeyin vəziyyətinin özünə görə yoxlanılır. Bu çevirmə mənasız rəylərin doldurulması (Erfüllung) kimi, hansısa razılaşan sintez kimi xarakterizə olunur; onda əvvəlcə şeyin özündən kənar edilmiş və eləcə güman edilən şey aşkar doğruluq forması alır.

Bundan sonra hər cür elmi fəaliyyətlə idarə olunan son ideyaların əsas məqamları dərhal özünü göstərir. Nümunə üçün, elmli adamlar yalnız mülahizə irəli sürmür, həm də onu əsaslandırmaq istəyir. Daha dəqiqi, o yol vermək istəmir ki, elmi bilik onun özü və başqaları tərəfindən mükəmməl əsaslandırılmayan hər hansı bir mühakimə kimi qəbul edilsin və sonralar o sərbəst olaraq təkrar əsaslandırmaya qaydarkən, ona bütünlüklə hər zaman haqq qazandıra bilməsin. Bu yalnız De facto olaraq təkcə iddialarla məhdudlaşa bilər, ancaq hər bir halda onda ideal məqsədlər birləşir.

Sonda bir də qeyd etmək lazımdır: mühakiməni (daha geniş mənada, varlığın təxmin edilməsi kimi) və aşkarlığı biz predikata qədər mühakimədən və predikata qədər aşkarlıqdan fərqləndirməliyk. Predikativ aşkarlıq predikativə qədər olanı özündə birləşdirir. Aşkarlıqla meydana çıxan və inanılan şeylər, öz ifadəsini əldə etməlidir, elm isə, ümumiyyətlə, ifadəli mühakimələr irəli sürməyə və mühakiməni həqiqətin, qəti müəyyən edilmiş ifadəliliyində saxlamağa can atır. Lakin ifadə özlüyündə, az və ya çox dərəcədə, özü-özünə ona verilən və ya haqqı olduğu şeylərə uğurla tətbiq olunan ola bilər və bununla da, özünün mülahizələrə daxil edilmiş xüsusi aydınlığını və qeyri-aydınlığını əldə edir. Deməli, ifadənin aydınlığı da, öz əsaslandırılmasını əldə etmiş və ya hələ əldə etməli olan mülahizələrin bu və ya digər xüsusiyyətləri formasında elmi ideyaların həqiqiliyinin müəyyənliyində iştirak edə bilər.


³Yəqin ki, bu yerdə bir söz buraxılmışdır.

Roman İnqardenin qeydlərindən birincisinə bax: (daha sonra: İnqarden 1 və sair) burada bax.

Davamı: http://Edmund Husserl. Kartezian düşüncələri https://klv.az/2023/08/23/edmund-husserl-kartezian-dusunc%c9%99l%c9%99ri-3/

Tərcüməçi: Obaçı

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zenfira Mayılova. Cəfər Cabbarlının “Od gəlini” pyesi oxucu nəzərində

(Esse) Xanlara, bəylərə, hökmdarlara deyil, sadə xalq qəhrəmanlarına, onların xalq yolundakı mübarizələrinə həsr olunmuş “Od gəlini” pyesi IX əsr hadisələrini əks etidirir. Bir növ Babək ilə Ərəb xilafəti arasındakı mübarizəyə həsr olunmuşdur. İslam siyasəti ilə din bayrağı altında yeridilən işğalçı siyasət özünü bu əsərdə müəyyən məqamlarda göstərir. Əsas qabardılan məsələlər […]