***
Səninlə xoşdur
bir balıncı tən bölmək.
Ancaq neyləsək,
ikimiz bir misraya
sığmayacağıq heç vaxt…
***
Nəm budaqların
gözündən yarpaq düşür
yaş əvəzinə.
Nəhəng hönkürtüsünü
içinə çəkib bir tut…
***
Qara daş üstdə
öz xəttini hərfləyir
köhnə qəbirlər…
Külək söndürmüş şamdır
müəllif hüquqları…
***
İndi sən yoxsan,
parkda mənimlə gəzir
xatirələrin.
Bir saatdı qəmgindi
salam dediyim söyüd…
***
Bir addım da at,
tezləşdir gəlməyimi,
sevilməyini.
Və yerini pıçılda
Bəxtin kar qulağına…
***
Gecə sim üstdə
bir bayquşu oxudur.
Pul kimi səpir
sarı yarpaqları yel
ağacların başına…
***
Ağ vərəq üstdə
bir misra dalğalanır.
Bulud dalından
göyün canıtək çıxır
təzə bədirlənmiş Ay…
***
Çaya baxırsan,
axıb gedir gözlərin,
sularla birgə
axıb gedirsən özün,
durulur hər şey.
***
Avqust səhəri
durmadan yağış yağır
xatirələrə.
Damır köhnə evimiz,
Köhnə çətir altında…
***
Ağzım quruyub,
haçandı içim yanır
bu xarabada.
Harda bayquş ulasa,
ora gəl, əlində su…
***
Yuxu yozuram,
Yozduqlarım çin olur,
Çin olursan sən.
Əllərini tuturam,
Yoxa çıxırıq qəfil…
***
Sülh gətiribdir
Dama qonan göyərçin.
Qoyun silahı,
İmkan verin dənləsin,
Göydən ayıbdır!
***
Anlamayanlar
Hardan bilsinlər axı
Dillər içində
Müharibə də dildir,
Susmaq istəyənlərçün…
***
Tanka yazıram,
Yarasını eşərək
Qədim şeirin.
Kəpənəktək qonur söz
Ağ varağın çiyninə.
***
Sükutu pozan
Çarpayı cırıltısı
Eşq nəğməsidir –
Sözləri unudulan,
Mətni təhrif olunan…
***
Bir parça bulud
Toz kimi qalxıb göydə.
Altındakı dağ
Başında hava sanır
O bir parça buludu…
***
Dalğa köpüyü
Xırda daşları yuyur,
Balıqqulağı
Nəsə eşidir kimi
Şəklənib qumda…
***
Həqiqətənmi
Payızın ortasında
Lüt qalan ağac
Bir yoxsulluq rəmzini
Aşılayır ətrafa..?
***
Yola baxıram,
Getdikcə sürət artır.
Sürücü gicdir,
Heç ağlımdan da keçmə
Piyadatək bu ara…
***
Şəkil asıram
Boş qalmış bir divardan,
Axan çay şəkli.
Su basır evimizi
Günün günortasında…
***
Bu kor quyunu
torpaq çoxdan göz kimi
dikib səmaya…
Nə Allah gözə dəyir,
nə bir xoş gün görünür…
***
Yola baxıram,
bomboşdu cibim kimi,
əlim darıxır…
Darıxır bu boş küçə,
bu islaq gecə bizsiz…
***
Şəkil çəkirəm,
ağacdan göz yaşıtək
düşür yarpaqlar…
İslanır ağ yanağın
əllərimdən uzaqda…
***
Biz də ayrıldıq,
hamı necə ayrılır,
elə, çılğınca –
sən bir başqa tərəfə,
mən bir ayrı tərəfə…
***
İldırım çaxır;
təbiət gülləsini
alnına sıxır
yenə də çölün, düzün,
yağışa xatir sanki…
***
Qısa şeirlər
bir başqa cür sevilir;
yormur adamı
qısa sevgilər kimi,
uzun ayrılıqlartək…
***
100 manat verdin
çəkdiyim adi şəklə,
ağlın yox idi,
sevgin bol idi onda,
indi isə əksinə…
***
Sözlə, şeirlə
sevgiliyik illərdi;
nə mən onlara,
nə onlar mənə küsür,
sən araya girməsən…
***
Dodaq boyanla
yaddaş yazdım güzgüyə
sizdən çıxanda:
“ayaqlarına tapşır,
dinc dursun sevişəndə…”
***
Aya baxıram,
göztək axır ulduzlar
aramsız, sakit.
Suları şırıldayır
qurumuş neçə çayın…
***
Bu kor quyunu
torpaq çoxdan göz kimi
dikib səmaya…
Nə Allah gözə dəyir,
nə bir xoş gün görünür…
***
Yola baxıram,
bomboşdu cibim kimi,
əlim darıxır…
Darıxır bu boş küçə,
bu islaq gecə bizsiz…
***
Şəkil çəkirəm,
ağacdan göz yaşıtək
düşür yarpaqlar…
İslanır ağ yanağın
əllərimdən uzaqda…
***
Biz də ayrıldıq,
hamı necə ayrılır,
elə, çılğınca –
sən bir başqa tərəfə,
mən bir ayrı tərəfə…
***
İldırım çaxır;
təbiət gülləsini
alnına sıxır
yenə də çölün, düzün,
yağışa xatir sanki…
***
Qısa şeirlər
bir başqa cür sevilir;
yormur adamı
qısa sevgilər kimi,
uzun ayrılıqlartək…
***
100 manat verdin
çəkdiyim adi şəklə,
ağlın yox idi,
sevgin bol idi onda,
indi isə əksinə…
***
Sözlə, şeirlə
sevgiliyik illərdi;
nə mən onlara,
nə onlar mənə küsür,
sən araya girməsən…
***
Dodaq boyanla
yaddaş yazdım güzgüyə
sizdən çıxanda:
“ayaqlarına tapşır,
dinc dursun sevişəndə…”
***
Aya baxıram,
göztək axır ulduzlar
aramsız, sakit.
Suları şırıldayır
qurumuş neçə çayın…