• İnsanın doğma adamını basdırmadığı torpağa bağlılığı ola bilməz.
• Ömür boyu dalınca ölü gəzdirməkdənsə, salamat adamı bir-iki dəqiqə ora-bura sürümək yaxşıdır.
• Allahsızlığın mərkəzində Allaha dua eləməyə gəlsinlər.
• Vacib məsələlərdə bir-biri ilə razılaşa bilən iki rəqibin mübarizə aparmağının mənası yoxdur.
• Ən yaxşı dost, ölüb getmiş dostdur.
• Arxayın qocalığın sirri tənhalıqla bağlanan vicdanlı müqavilədə imiş.
• …Kinoya baxmaqdan imtina elədi: özlərinin yetərincə dərdi-səri varkən, uydurma adamların uydurma faciələrinə göz yaşə tökmək ağılsızlıq idi.
• Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür.
• Vicdanı rahat olan insan çeynəməkdən ağzı yorulana qədər yemək yeyə bilər.
• Sevginin bir növü onun başqa növünü sıradan çıxarır, çünki insanın təbiətində elə bir şey var ki, o doyandan sonra yeməyə marağını itirir.
• Siz kişilər qəribə məxluqlarsız, ömür boyu dindarlarla vuruşursnuz, hədiyyəniz də dua kitabı olur.
• Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axrı olacaq.