Edmund Husserl. Kartezian düşüncələri

GİRİŞ

§ 1. Dekart “düşüncələri” fəlsəfi özünü dərkin nümunəsi kimi

Bu şərəfli fransız elmi mərkəzində transsendental fenomenologiya haqqında danışmaq imkanları məni xüsusi səbəblərə görə sevindirir. Çünki Fransanın ən böyük mütəfəkkiri Rene Dekart özünün “Düşüncələrində” ona yeni impulslar verdi, onların öyrənilməsi isə, transsendental fəlsəfənin yeni formasında artıq təşəkkül prosesində yerləşən fenomenologiyanın yaradılmasına birbaşa öz təsirini göstərdi.
Ona görə də onu neokarteziançılıq adlandırmaq olardı, demək olar ki, məhz kartezian motivlərinin kəskin inkişafı sayəsində, o Dekartın fəlsəfi təliminin bütün ümumi məzmunundan o qədər də imtina etmək məcburiyyətində deyildi.
Bundan çıxış edərək, mən əlbəttə, əgər fikirləşdiyim kimi keçici olmayan məna əldə edərək və bunun arxası ilə bu yeni yaranmanı göstərməklə, transsendental-fenomenoloji metod və problematikadan meydana çıxan Meditationes de Prima Philosophia-in həmin motivlərindən başlasam qabaqcadan sizin rəğbətinizi əldə edə bilərəm. Meditationes-də fikirlərin diqqətəlayiq gedişi fəlsəfədə yeni olan hər kəsə məlumdur. Onların aparıcı ideyalarını yadımıza salaq. “Düşüncələrin” məqsədi onu elmdə mütləq şəkildə əsaslandırmaqla şəklini dəyişən fəlsəfənin tam reformasiyasıdır. Dekarta görə o özündə bütün elmlərin müvafiq reformasını birləşdirir. Çünki onlar, onun fikrinə görə – tək universal elmlərin, yəni fəlsəfənin yalnız qeyri-müqstəqil üzvləridir. Onlar ancaq onun sistematik birliyi ilə həqiqi elm ola bilərlər. Onların hal-hazırda son mütləq mülahizələrin əsaslandırılması və ardıcıllığı – hansı ki, bu mülahizələrlə artıq irəliləmək mümkün deyil – ilə əlaqədar tarixən nail olduqları bu vəziyyət, onlara həqiqi olmaq üçün kifayət etmir. Ona görə də, universal elmlərin birliyi kimi xatırlanan rasional əsasların birliyində, fəlsəfi ideyaları təmin edən yeni radikal quruculuq tələb olunur¹. Bu tələb Dekartda subyektiv olaraq fəlsəfəyə istiqamətlənmiş şəkildə təcəssüm olunur. Subyektə istiqamətlənmə isə iki pillədə yerinə yetirilir.
Birincisi, kim ciddi şəkildə filosof olmaq istəyirsə, ömründə bir dəfə də olsa, özü-öz daxilinə qayıtmalıdır və onun üçün elmlərin mənasında indiyə kimi malik olduğu bütün şeyləri özündə bir daha saş- çürük edərək, onları yenidən qurmağa çalışmalıdır. Fəlsəfə – müdrüklük – bütövlükdə fəlsəfə ilə məşğul olanların şəxsi işidir. O əvvəldən başlayaraq, özünün mütləq mülahizələri əsasında hər bir hərəkətində məsuliyyətli ola bilməsinə görə və özünün elmlərin universallığına necə can atması ilə əldə etdikləri nailiyyətlər, onun müdrüklüyü kimi təşkil olunmalıdır. Öz həyatımı bu istiqamətə yönəltmək qərarına, yəni mənim fəlsəfi cəhətdən təşəkkül tapmağım üçün yeganə kömək edə bilən həmin qərara gələrək, bununla belə, mən birinci olaraq dərk etmənin mütləq yoxsulluğunun xeyrinə seçim etdim. Şübhəsiz, burada ilk növbədə, məni həqiqi biliyə gətirə biləcək, sonrakı hərəkət metodlarını necə tapmağım haqqında düşünmək lazımdır. Ona görə Kartezian “Düşüncələri” filosof Dekartı son dərəcə şəxsi məşğuluyyət və bundan daha da az, yalnız eləcə, ilk fəlsəfi əsasların izahınin effektiv ədəbi forması kimi nəzərdən keçirməməlidir. Daha çox onda, yalnız hansısa ilkin fəlsəfəsi yetişə bilən, hər bir yeni başlayan filosofun zəruri düşüncələrinin nümunələri vardır².
Əgər biz “Düşüncələrin” bizim üçün bu qədər qeyri-adi olan bu günkü məzmununa müraciət etsək, bu vaxt üzə çıxaracağıq ki, onda fəlsəfəçilik edən eqonun ikincisinə və daha dərin mənada xalis cogitations eqoya qayıtma baş verir. Bu qayıtmanı düşünən, şübhənin məlum və tamam diqqətəlayiq metodunu izləyərək icra edir. O mütləq dərk etmənin məqsədlərinə istiqamətlənmiş kəskin ardıcıllıqla, hər hansı fikirləşilən imkanların şübhə altına düşməkdən müdafiə oluna bilinməməsini, hər necə olur-olsun mövcudluq olaraq tanımaqdan imtina edir.
Ona görə də o onlarda şübhəyə düşmək imkanlarına münasibətdə təbii təcrübənin və təfəkkürün həyati doğruluğunun metodik tənqidini həyata keçirir və bu cür imkanlara yol verən butün yolları kənar etməklə, mütləq aşkarlıqların bu və ya digər tərkibini əldə etməyə can atır.
Dünyanın bu təbii həyata verilən hissi təcrübəsinin bu doğruluq metodunu izləyərkən onu tənqid etməyə dəyməz və ona görə dünya varlığı bu ilkin mərhələdə mənadan məhrum qalmalıdır. Yalnız özünün cogitationesunun xalis eqosu kimi, mütləq şübhə doğurmayan, aradan qaldırıla bilinməyən fikirləşən, hətta bu dünya olmasada belə, varlıq kimi özü-özünü saxlayır. Bu şəkildə reduksiya olunan eqo indi öz növbəsində solipsist fəlsəfəçiliyə ayaq açır. O, onun xalis daxili sahəsində açıla bilən obyektiv zahiriliyi izləməklə, apodiktik doğru yolları axtarır. Məlum olduğu kimi, bu o şəkildə baş verir ki, əvvəlcə Allahın və onun Veracitasının və sonra onların aralığında – obyektiv təbiətin, dualizmin son substansiyasınin, konkret desək, metafizikanın obyektiv əsasının və pozitiv elmlərin, habelə onların özlərinin də mövcudluğu açılır. Bütün nəticələr, xalis eqoya anadan gəlmə immanent olan, istiqamət verən əlaqə prinsipləri üzrə necə uyğun gəlirsə eləcə də edilir.

§ 2. Radikal şəkildə fəlsəfənin əvvəlinə qayıtmanın zəruriliyi

Dekartda belədir. Biz indi soruşuruq, doğrusu, bu fikirlərin keçici olmayan mənasını axtarmağa dəyərmi, onlar hələ bizim dövrə həyatverici güc vermək qabiliyyətindərirlərmi? Hər ehtimala qarşı, bunda o vəziyyət şübhələnməyə məcbur edir ki, yenə də bu „Düşüncələrin“ sayəsində pozitiv elmlər mütləq rasional əsas əldə etməli idilər, belə ki, onların qayğısına az qalmışlar. Əlbəttə, bizim dövrdə, parlaq üç inkişaf əsrindən sonra, onların əsaslarında olan dumanlıqlar üzündən onlar ciddi cətinliklərlə qarşılaşırlar. Bunula belə, öz əsaslarını yenidən formalaşdırmaq cəhdi ilə, onlar heç də Dekart „Düşüncələri“nə qayıtmaq niyyətində deyillər. Digər tərəfdən də, hər halda, mühümdür ki, „Düşüncələr“, məhz onların xalis eqo coqitoya qayıtması sayəsində fəlsəfədə mükəmməl surətdə xüsusi epoxa təşkil etsinlər.
Dekart həqiqətən fəlsəfəni yeni, tam yeni növdə təsis edir: özünün bütün stilini dəyişərək, o sadəlövh obyektivizmdən hamısı yeni olan transsendental subyektivizmə kəskin dönüş etməyə başlayır, lakin həmişə də, sanki catışmayan cəhdlərlə hansısa zəruri olan son formaya can atır. Beləliklə, bu davam edən ənənə özündə hansısa qeyri-keçici məna daşımamalıdırmı, bizim üçün isə – bu, həlli üçün hamımızın dəvət edildiyimiz, tarixin bizim qarşımızda qoyduğu böyük məsələ kimi durmamalıdırmı?
Müasir fəlsəfənin parça-parça olması və onun səmərəsiz səyləri bizi bu haqda düşünməyə vadar edir. Keçən əsrin ortalarından, əgər ona elmi birlik nöqteyi-nəzərindən yanaşılsa, qərb fəlsəfəsinin tənəzzülü, əvvəlki zamanlara nisbətdə danılmazdır. Məqsədlərin, problemlərin və metodların qoyuluşunda bu birlik itirilmişdir. Yeni dövrün başlanması ilə dini inamın getdikcə ölgün şərtiliklə nəsli pozulduğu bir vaxtda, intellektual bəşəriyyət yeni böyük inamda – avtonom fəlsəfənin və avtonom elmin inamında möhkəmləndilər. Elmi rəylər və mülahizələr, bu surətlə, ona yeni avtonom forma verməklə, bütün bəşəri mədəniyyəti işıqlandırmalı və onu öz arxası ilə aparmalı idi.
Bununla belə, bu inam da öz həqiqiliyini və təzəliyini itirdi. Bu da səbəbsiz olmadı. Vahid canlı fəlsəfə əvəzinə biz kənarlardan gələn, həm də demək olar ki, əlaqəsiz fəlsəfi ədəbiyyat axınlarına malik oluruq; mübarizələrdə özünün daxili birliyini, əsas məsləklərində öz razılıqlarını və həqiqi fəlsəfəyə sarsılmaz inamlarını üzə çıxaran qarşılıqlı mübarizə aparan ciddi nəzəri polemika əvəzinə, biz yalnız elmi çıxışların görüntülərinə, tənqidlərin zahiri cəhətlərinə, təkcə ancaq bir-birimizlə və bir-birimiz üçün ciddi fəlsəfi ünsüyyət görüntüsünə malik oluruq.
Bu hər şeydən belə, ciddi əməkdaşlıq ruhunda birgə elmi məşğuliyyətin şüurla yerinə yetirilən məsuliyyətlilyindən və obyektiv əhəmiyyətə malik nəticələrin ictiqamətliliyindən xəbər verir. Obyektiv əhəmiyyətə malik – yəni, məhz hər tərəfli olaraq tənqiddən təmizlənmiş və hər cür tənqid qarşısında duruş gətirən nəticələrdir. Bəli, o yerdə əsl elmi məşğuliyyət və həqiqi əməkdaşlıq necə mümkün idisə, orada da eləcə xeyli filosoflar və demək olar ki, o qədər də müxtəlif fəlsəfələr mümkün idi. Hərçəndi bizdə hələ fəlsəfi konqreslər keçirilir, təəssüf ki, oraya fəlsəfə deyil, filosoflar toplaşır. Onların bir yerdə yaşaya bilməsi, bir-birinə təsir göstərmələri üçün, onlarda vahid mənəvi məkan çatışmır. Mümkündür ki, ayrı-ayrı məktəblər və istiqamətlər çərçivəsində iş o qədər də pis deyil, ancaq onların xüsusiləşməsi ilə – həmçinin də bütövlükdə müasir fəlsəfəyə münasibətdə – bizim xarakteristikamız, əslində, ədalətli olaraq qalır.
Biz, müasirliyimizin, Dekartın özünün gənclik illərində düşdüyü vəziyyətə bənzər, həmin uğursuz situasiyasında yerləşmirikmi? Beləliklə, onun yeni başlayan filosof radikalizmini yenidən başlamaq, nəticə ehtibarı ilə isə, ücü-bucağı olmayan fəlsəfi ədəbiyyatı onun böyük ənənələr dolaşıqları ilə, az-çox ciddi başlanğıcları və dəbdə olan yazıları ilə kartezian cevrilmələrinə məruz qoymaq və yeni Meditationes de Prima Philosophiaya başlamaq vaxtı hələ gəlib çatmayıbmı? Son nəticədə bizim fəlsəfənin ağlamalı vəziyyəti onunla aydınlaşmırmı ki, əvvəlki “Düşüncələr”dən çıxan hərəkətverici qüvvələr özlərinin ilkin həyatiliyindən məhrum edilmişdi və məhz bu da ona görə olmuşdu ki, radikal fəlsəfi məsuliyyət özü öz qarşısında ruhunu itirmişdi? Əksinə, guya fəlsəfədə bu şişirdilmiş tələb, məgər fəlsəfədə hər necə olur-olsun, özünü həqiqətən özü-özünə törəyən son aşkarlıqlardan və özü özünün mütləq məsuluyyətinə görə qarşısında həqiqi fəlsəfəni əsas mənasına aid avtonom obrazda formalaşdıran, hər hansı mövhumatdan qəti olaraq xilas olmağa istiqamətlənməməlidirmi?
Həyat qabiliyyətli fəlsəfəyə olan həsrət ən yeni dövrə müxtəlif cür renessanslar gətirdi. Yeganə məhsuldar olan təkcə, kartezian “Düşüncələri”ni yenidən oyandıran həmin Renessans olmayacaqmı – ondan ötrü yox ki, onları sadəcə yenidən hasil edəcək, həm də hər şeydən əvvəl ondan ötrü ki, onların eqo coqitoya qayıtmasında radikalizminin ən dərin mənasını və sonra isə buradan irəli gələn keçici olmayan dəyərləri meydana çıxaracaq?
Beləliklə, hər ehtimala qarşı burada transsendental fenomenologiyaya gətirib çıxaran yol göstərilir.
Bu yolu indi biz birgə keçmək istəyirik. Dekartda olduğu kimi, biz də düşüncələri yeni başlayan filosofların radikalizmi ilə həyata keçirmək niyyətindəyik, hərçəndi, əlbəttə, əvvəlki “Düşüncələr”in zəruri meydana çıxan hər hansı dəyişilməsində son dərəcə kritik ehtiyatlılığa və hazırlığa əməl etməklə. Əlavə olaraq biz Dekartın və onun ardıcıllarının düşdükləri həmin cazibələri və yanılmaları dövrə vurmağa və aydınlaşdırmağa çalışacağıq.


¹Sahələr üzrə qeydlər: Yerləşdirmə. Yerləşdirmələrin mətni: etiraz edirlər ki, elm, fəlsəfə, hər halda, elmi cəmiyyətlərdə birləşmiş fəlsəfəçilik edənlərin əməkdaşlığı sayəsində inkişaf edir və yalnız belə bir əməkdaşlıq zamanı, hərə öz pilləsində mükəmməllik əldə edir, bu vaxt Dekart buna tək fəlsəfəçılik edən kimi və ya xüsusi şəkildə cavab verə bilərdi, ancaq o şeyi ki onlar həqiqi sayır, onlar nəyi isə guya, onlar tərəfindən başa düşülən və əsaslandırılan kimi mənə təklif edirlər, hələ ki, bunlar mənə yalnız kənar tələb kimi toxunur. Əgər bu dərk etmələri mən qəbul etsəm, onda bunları özümün xüsusi mükəmməl mülahizələrimlə tanımalı olacağam. Mənim və mənim kimi hər hansı alimin nəzəri muxtariyyəti bundan ibarətdir.

²Bu interpretasiyanın təsdiq edilməsində: Lettre de l’auteur Principia (Descartes, Werke) tərcüməsinin işində bax

Davamında təqdim ediləcək: Düşüncə I. TRANSSENDENTAL EQOYA APARAN YOL
§ 3. Kartezian çevrilişi və elmin əsaslandırılmasının aparıcı son ideyası

Tərcümə edən: Obaçı

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Analyzing the Poetry of Umid Najjari: A Multifaceted Exploration

Umid Najjari, an accomplished poet born on April 15, 1989, in Tabriz, Iran, has established himself as a prominent voice in the realm of contemporary poetry. His works encompass a spectrum of themes, ranging from introspection and love to solitude and societal observations. With a diverse educational background spanning electronics […]