“Nə o – yelkən, nə bu – gəmi” şeirlər kitabından təsirlənərək
Nə o yelkən, nə bu gəmi
Titrətməyəcəkdi dənizi
Ağlamasaydı sığınıb qayalıqlara.
Yol gözləyən bir uşaq
Daşınsaydı varlığının
İncə fikrindən,
Yer tapa bilməyəcəkdi
Bu həyatda.
Yolları daralacaq,
Cığırları keçilməyəcəkdi.
İçindəki bir kölgənin
Sonsuz fısıltısı idi bu.
Söküb ömründən o günləri,
Bir vaxt istəmsizcə gülüşünə
Hədiyyə edəcəkdi…
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.
C İyl 21, 2023, 17:23
Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi Turizm işinin təşkili ixtisası üzrə 3-cü kurs tələbəsi Zəhraxanım Məmmədlinin klv.az saytında dərc olunan şeirləri qaynarinfo.az saytında da oxuculara təqdim edilib. Buradan linkə keçid edə bilərsiniz: https://qaynarinfo.az/az/sen-sus-qizim-sen-goezel-susursan-eirler