Toxuyub evsiz buludları
Sənə gətirəcəm ki,
Nəfəs alasan yağış qoxusunda
Kimin əlinə düşüb
Əlac axtarırsan
Çarə quyusunda
Yolları səhv salıb
Suda çırpınma gəl
Ağlıma batmır inan
Nə günün batmağı
Sən çölün səsi idin
Çöl sənin harayında
Sən getməkdən qorxdun
Yol dayanmağından
Çəmənlik yellərə aşiq olub
Sərilmişdi ayaqlarına
Nə sən küləyi əzib
Keçə bildin
Nə ağaclar yollara düzülməkdən
Vaz keçə bildi
Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.
Şb İyn 17 , 2023
2023-cü il iyun ayının 16-da Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin “Azərbaycan dili” ixtisası üzrə magistrantı Mənsurə Əhmədovanın “Dilin mahiyyəti, nitq fəaliyyətində rolu. Dilə psixoloji və neyroloji yanaşma” və “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistrantı Ilknur Əsgərovanın “Klassik Azərbaycan poeziyasında rəqəmlərin mifopoetikası” mövzularında müdafiələri keçirilmişdir. AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya […]