Məlum olduğu kimi, görkəmli ilahiyyatçı alim Hacı Şahin bugün səhər saatlarında qəfil ürək tutmasından dünyasını dəyişib.
Klv.az saytı Ramiz Rövşənin mərhuma həsr etdiyi şeirini təqdim edir.
Günlər yarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
Hər keçən gündən iz qalır
Üzümdə cırmaq kimi.
Çətini yaşamaqdı,
ölmək nədi ki? Heç nə.
Son dəfə nəfəsini çəkib içinə
bir dərin suya baş vurmaq kimi.
Su içindən gəlir dünyaya insan,
Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan,
əcəl durub yol üstə qarmaq kimi.
…Qıymadın bir kimsəni oyatmağa,
Bu səhər üz tutub sübh əzanına –
getdin.
Bizdən ayrıldın daha,
Ən əziz dostun yanına getdin.
Daha nə dərdin?
yanında dostun var Allah kimi…
Milli.az