“Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabı təqdim edilib

Professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının Bakı Avrasiya Universitetində təqdimatı keçirilib.

Klv.az saytı AZƏRTAC-a istinadən bildirir ki, görkəmli təhsil qurucusu, şair, yazıçı-publisist Hamlet İsaxanlının zəngin, mükəmməl və səmimi poetik “mən”i “Mənim Qarabağım və ya Qarabağ düyünü” əsərində bütün rəngarəngliyi və bütövlüyü ilə əks olunub. Əsərin bir digər məziyyəti isə sənədlilikdir. Sənədli nəsrdə sənədlərə əsaslanma, gerçəkliyə, reallığa istinad mütləqdir. Əsərdə Qarabağın Azərbaycanın olması zəngin qaynaqlar və elmi dəlillərlə əsaslandırılıb. Kitabdakı sənədlilik, gerçək faktlara bağlılıq bədii nəsr üçün qaynaq, mənbə rolu oynayır.

Tədbirdə Hamlet İsaxanlının ömür yolu və yaradıcılığı haqqında geniş məlumat verilib, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün kitabın əhəmiyyəti qeyd edilib. Qarabağ hadisələri haqqında kitabda kifayət qədər geniş məlumatların toplandığı vurğulanıb.

Çıxışlardan sonra Hamlet İsaxanlı tələbələrin suallarını cavablandırıb. Tədbirdə şairin “Bu da həyatdır”, “Baş açmadın bu dünyadan” şeirləri səsləndirilib.

       

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

David Lehman. Qadın kişini sevdiyi zaman

David Lehman 1948-ci ildə Nyu Yorkda anadan olmuşdur. Kolumbiya universitetini bitirmiş və təhsilini İngiltərədə Kembric universitetində davam etdirmişdir. O, Kolumbiya universitetində doktorluq dərəcəsi almışdır. D.Lehman bir sıra şeir kitablarının müəllifidir. Bunlardan: “Kişi qadını sevdiyi zaman” (Skribner dükanı, 2005), “Cim və Deyv maskalı şəxsi məğlub edir” (Ceyms Kummins ilə birgə, Soft […]