“Şuşa İli” və Zəfər Günü çərçivəsində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Solma, yaşa, xarıbülbül” adlı fləşmob keçirilib.
Xəzər Universitetinin tələbələri vətənpərvərlik mövzusunda şeir və musiqinin fonunda 28 illik əsarətdən sonra azad edilən və əbədi olaraq Şuşada var olacaq xarıbülbülü canlandırıblar.
Tədbirdə Xəzər Universitetinin tələbələri 2021-2022-ci tədris ili ərzində hazırladıqları “Qarabağ Azərbaycandır” adlı zəfər kompozisiyalı əsərlərini təqdim ediblər.
Sonra müğənni Taleh Balakişiyev və Rövşanə Balakişiyeva Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin müşayiəti ilə “Qarabağ şikəstəsi” və “Xudayar təsnifi”ni ifa ediblər.
Tədbirdə Xəzər Universitetinin məzun qazilərindən Cavad Həşimov və Xəyyam Şahbazov çıxış ediblər.
Təhsil, humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova zəfərin təntənəsinin əsasında dövlətimizin, xalqımızın və şəhidlərimizin birlik və fədakarlığının dayandığını vurğulayıb.
Sonda tələbələr vətənpərvərlik mövzusunda musiqi sədaları altında rəqs ediblər.
klv.az