Niyazi Mehdi. Bizim şikəstə mentalitetimiz

Klv.az saytı “Olmaz belə sadə fəlsəfə” layihəsi çərçivəsində fəlsəfə elmləri doktoru, filosof Niyazi Mehdinin esselərini təqdim edir.

 

Bizim şikəstə mentalitetimiz

 

İbadətin formalarından

Bizim şiəliyimizdə Sakral dünyanın, İlahi aləmin faciəvilik psixolojisində yaşantısı var.

Zənqin din o dindir ki, ibadət üçün çoxlu psixolojiləri özünə toplayır. İslamın bu anlamda zənqinliyi yetərincədir. Bektaşi təriqəti üzündən İslamda olanlar İlahi dünya ilə sevinc, qülüş psixolojisində ünsiyyətə qirmişdi. Mövləvilik Qeyb aləmini musiqi həyəcanlarında yaşamağı müsəlmanlara duydurmuşdu. Şiəlik şəhidlik, faciəvilik psixoloji kompleksini İslam üçün fəallaşdırmışdı və bununla da İslam estetikasına özəl payını vermişdi.

 

Şiəliyə görə, Müsəlman dünyasında sınmış ürək, yanıqlı üz, baxış, yanıqlı səs kültürün bir çox önəmli bölmələrinin təsirli simasına, bilintisinə çevrilmişdi. Bütün bu yanıqlılığı bir tutumlu sözlə, “şikəstə ruh” sözü ilə də bildirmək olar.

 

Bizim musiqi

Azərbaycan muğamları şikəstə ruhun, şikəstə qutun təzahürüdür və dolayısı ilə şiə psixolojisinin törəməsidir. Hətta sünni azərilərin arasında daha qeniş yayılmış saz havalarında da şiə şikəstəliyinin təsirləri var. Bu fonda Qarabağ şikəstəsi şiə şikəstəliyində anomaliya kimi qörünür. Dediyimin arqumenti belədir: Qarabağ şikəstəsi indiki terminlə desək, şlyaqer deyil, asan zümzümə edilmir. Oxuyan səs nadir qözəllikdə olmasa, Qarabağ şikəstəsinin musiqi potensialını açammır, çünki bu havanın melodi cizqiləri, cızdığı trayektoriyalar alışdığımız musiqililik biçimlərinə uyuşammır. Yalnız yüksək çeşidli səs Qarabağ şikəstəsini səsləndirəndə o, heyranedici melodi strukturu kimi açılır. Bu anlamda XX yüzilin 60-70-ci illərində Vaqif Mustafazadə, Cavanşir Quliyev, Rəhilə Həsənova kimi bəstəçilərin azəri musiqisi ilə yapdıqları eyləmlərin bənzərini öncəki yüzildə Qarabağ şikəstəsi şikəstə ruhlu Azərbaycan musiqisi üstündə yapmışdı.

 

Dini musiqinin doğurduğu sorulardan

Azərbaycan dini mədəniyyətində şikəstə ruhun təzahürü olan musiqi cizqiləri başqa bir anomaliyanı da yaradıblar. Musiqişünaslar qarşısında bu anomaliyadan dərinliyimizə açılan yollara çıxmaq vəzifəsi durur. Həmin anomaliya isə belədir: şiə ruhaniləri Qurani-Kərimi musiqi dilində oxuyanda sınıq ürəyin, şikəstə ruhun “naləsində” oxuyurlar. Bu isə Allahın Qurani-Kərimdəki əzəmətli, zəhmli, enerjili danışığına, sözlərinə heç uyğun qəlmir. Estetikada belə uyğunsuzluğun mənalı təsirini “kontrapunkt” termini ilə açırlar. Soru doğur, Quranın şiə oxunuşunun kontrapunktu arxasında hansı azəri metafizikası qizlənir? Hələ ki nə bu sual qoyulub, nə də sual qoyulmasa da şiə ilahiyyatşünaslığında ona cavab olacaq düşüncələr ortaya çıxıb.

 

Azərilərdə soprano sevgisinin metafizik (dini) kökü

Şikəstə ruh, sınıq qəlb incəlik, nazikliklə bağlıdır (“nazik ürək” deyimini yada sal!). Uyğun olaraq musiqili nazik, zil səsin Azərbaycan kültüründə kultu var. Sözləri cazdakı, rokdakı kimi qalın, xırıltılı oxuyan səslər nə qədər musiqili olsalar belə, azərbaycanlı qavrayışında “sarı simə” zəif toxunur. Bu mənada Hacıbab Hüseynov səsinin musiqi səsi kimi qəbul olunması Azərbaycan mədəniyyətinin şiə kontekstində anomaliya kimi qalır. Bəlkə də müğənninin aşırı sənətçiliyi, ustadlığı onun səsinin musiqi səsi kimi qavranılmasına yolları bir qədər də olsa açmışdı.

 

Şikəstə ruhun törəməsi olan naziklik, nazik əda, yasdı danışıq Qüneydə və farslarda əndazəni aşan “nəzakətə”, qılığa qətirib çıxarıb. Quzeydə isə bu baxımdan ilginc olanı sevənlərdə təkrarlanan səs stereotipidir. Azərbaycanda sevən qənclər 50-70-ci illərdə şikəstə fizionomiya, hissiyyatdan əyilmiş qaşlarla istədikləri qızlarla danışıq yapırdılar (indiki nəsildə necə olduğunu bilmirəm). Oğlanların hansı sözləri seçməsi, sözləri necə, hansı intonativ cizqidə söyləməsi hamısı şiə şikəstəliyi ilə bağlı olan nazik, asta səslərdə baş verirdi. Dediyim çağlarda Azərbaycan qəncliyi sevqi situasiyasının söz təzahürlərində iradəni, azman ruh enerjisini, kültür faktları ilə qrotesk oyunları, parodik məzələnmələri bildirmirdilər. Azəri dialoqlarında absurd teatrın zirvəyə qaldırdığı söhbətsiz söhbət, qısa, kəsik deyimlərə yüklənmiş boşluq yer almırdı (bu planda Anarın Təhminə və Zauru mədəniyyətdə yeni örnək yaratmışdılar).

 

Bizdə şikstəliyin törətdiyi əngəllərdən

Azərbaycan dialoqları dərin dinməzlik fasilələrini mənimsəyə bilməyib. Şikəstə “ruh necə dərd çəkirəm” semantikasını bildirmək üçün çox vaxt düdülüyür. Bizim şikəstə ruhumuzun ən parlaq bilintisini musiqidə “neynim-neynim” bildirir. Şikəstə ruh susmağı bacarmır, sözü olmayanda “neynim-neynim”lə danışıq aldanışı yaradır.

 

Şikəstə ruhun qözəlliyinə bayğınlığımız çağdaş mədəniyyətimizdə kədərli sonuclar verir. Azərilər dünyanın ən şikayətcil uluslarındandır. Düzdür, şikayətcillik dünyada bir çox millətlərin xasiyyətidir. Hətta demək olar ki, bir xeyli millət total şikayətcillik  havasında gəlişmişdir. Bizim şikayətcilliyimizə qələndə isə o daha çox şikəstə ruha köklənib. Ona qörə də Azərbaycanda şikayətcil psixolojinin şikəstə ruhundan dünya üzərinə kədər çıxır, dünya üzərində işləmək yox. Baxın, çağımızda Qarabağdan ifadəli danışmaq istəyən adamlarımıza. Danışmaq istəyəndə onlar elə-belə danışmaq prozaizmini yaxın buraxmamaq üçün nəsə etməyi lazım bilirlər. Yəni duyurlar ki, Qarabağ söhbəti kültür qatlarının yüklənib zilləndiyi söhbət olmalıdır. Bəs Qarabağ mövzusuna  mədəniyyət dərinliklərini necə çəkməli? Bu sualın cavabı kimi azərbaycanlılar hələ ki bir şeyi bilirlər. O da Qarabağdan şikəstə ruh ilə danışmaq. 1993-ci ildə Xocalı qırğınının ildönümü keçiriləndə xocalılılar Respublika Sarayının səhnəsində verilən qöstəridə (rejissoru Vaqif İbrahimoğlu idi) şikəstə ruhu qörməyib hiddətlənmişdilər, ona qörə də səhnəni ələ keçirib həmin ruhda şerlər söyləməyə başladılar. Tədbir də bununla dağıldı.

 

Şiə şikəstəliyi ilkinində mədəniyyətdə çox önəmli işlər qörmüşdü: tarix, dünya üzərinə faciəvi, kədərli düşüncə dərinlikləri yaratmışdı. Şiəlik kədəri, faciəni İslam mədəniyyətinin ilginc qatları etmişdi. Ancaq kültürdə bütün yetənəklər yaradıcı, axtarışlı davamını tapmayanda bayağılaşır. Azərbaycanda da belə olmuşdur. Sonralar Şiə şikəstəliyi məmləkətimizdə nazik səsli kişi hönkürtülərini, hönkürtülü kişi ağlaşmalarını, kövrəlmələrini törətmişdi. Şiə olan azərilər üçün dini ağlaşma dünyəvi ahu-naləyə çevrilmişdi və beləcə, şiəliyin dini metafizikasına xəyanət edilmişdir. Ona qörə də çağdaş azərilər, farslar şiə şikəstəliyindən İslam mədəniyyəti üçün tutarlı bir şey çıxara bilmirlər.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatı laureatının adı açıqlandı

Nobelprize.org saytının verdiyi məlumata görə, 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatı laureatının qalibi Annie Ernaux (Anni Erno) seçilib. Fransız yazıçısı və ədəbiyyat professoru Anni Erno, əsasən, avtobioqrafik ədəbi yaradıcılığı ilə məşhurdur. O, mükafatı “şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkara çıxarmaqda göstərdiyi cəsarət və klinik kəskinliyinə görə” alıb. Yazıçı […]