2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatı laureatının adı açıqlandı

Nobelprize.org saytının verdiyi məlumata görə, 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatı laureatının qalibi Annie Ernaux (Anni Erno) seçilib.

Fransız yazıçısı və ədəbiyyat professoru Anni Erno, əsasən, avtobioqrafik ədəbi yaradıcılığı ilə məşhurdur. O, mükafatı “şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkara çıxarmaqda göstərdiyi cəsarət və klinik kəskinliyinə görə” alıb.

Yazıçı “Təmizlənmişlər”, “Qadın hekayəsi”, “Kişinin yeri” və “Sadə ehtiras” kimi avtobioqrafik romanlar müəllifidir.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sevda Sultanova. Qarabağ müharibəsinin ekran inikası

Gənc rejissorlarımız filmlərində bir qayda olaraq, müharibə faktının üzərində məxsusi dayanmırlar, ekşn, döyüş səhnələri onların hekayəsinin əsasını təşkil eləmir. Personajlarını ideoloji cizgilərdən arındıran gənc nəsli qayğılandıran əsas motivlər-müharibənin fərdin taleyində hansı izləri buraxması, itkiləri necə yaşamasıdır. Gənc kinematoqrafçıların bu mövzuda çəkdiyi filmlərin ümumi cəhəti, nisbətən rasional, minimum emosiya ilə müharibənin […]