Zəhraxanım Məmmədova. Sən gözəl susursan

Zəhraxanım Məmmədova Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin Turizm işinin təşkili ixtisası üzrə II kurs tələbəsidir. Bundan əvvəl də saytımızda çıxış edib. Zəhraxanımın şeirlərini oxuyarkən bu el deyiminin həqiqiliyinə bir daha şübhən qalmır: “Dönmə yaman olur!”
                              Klv.az

 

Sən sus, qızım!

Sən gözəl susursan.

Sənin kölgən üzünü gizlədir

Mənim dilim

Saxta sözlərə “kaş ki!” deyir

O hünərli baxışlarının altında

Dünənlərdə gəzən sözlər gizlənib

 

Sən sus, qızım!

Sən gözəl susursan.

Sən təsadüflərə inananda

Mən artıq həyatında

Təfavüt idim.

Sən sus, qızım!

Sən gözəl susursan.

Dalğınlığına hiylə olur

Nəğmələrim

Bir kədərli fürsət olur

Sənə baxmağım,

Sənnən getməyim…

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Agatha Christie. Qəhvəyi kostyumlu kişi

Be Okt 3 , 2022
Proloq Rus balerinası Nadin Parisi valeh etmişdi. Zalda alqışlar guruldayır, onu təkrar-təkrar səhnəyə qaytarırdılar. Buğünkü çıxışı da hərarətlə keçirdi. Nəhayət, pərdə salındı. Səhnə arxasında menecer onu təmtəraqlı sözlərlə qarşıladı: “Cəzibədarsınız! Füsünkarsınız! Bu gün bütün çıxışlarınızı üstələdiniz!” Nadinin qrim otağı gül buketlərinə bələnmişdi. Şəxsi qulluqçusu Janna balerinanı komplimentlərlə qarşıladı, lakin qapı […]