Mən kiməm?!

Klv.az saytı Sumqayıt Təfəkkür Liseyinin IX sinif şagirdi Fateh Abdullayevin yazısını təqdim edir. Fateh dünya ədəbiyyatı və fəlsəfəsini böyük maraqla mütaliə edir, yazılar yazır.

Mən kiməm? İlk bu sualdan başlayaq. Əgər hər insanın özünə sormalı olduğu tək bir sual olsaydı, o da məhz bu sual olardı; Mən kiməm? Bu iki sözdən ibarət cümlə fəlsəfənin ən təməl suallarından biri olmuşdur. Əsasən də, varoluş fəlsəfəsinin və çox da qəribədir ki, bu fəlsəfənin filosoflarının fikirləri bir-birlərinə nə qədər tərs olsa da, bu suala gəldiklərində ortaq məxrəcə gələrək bu sualın önəmli, üzərində dayanılması mühüm olan mövzu olduğu qənaətinə gəlmişdirlər. Bəs bu sual niyə bu qədər mühümdür? Sualın əhəmiyyəti “mən”dən gəlir. “Mən kiməm?” sualını hətta “Yaradan varmı, yoxmu?” sualından da vacib qəbul etmək mümkündür. Çünki bu sual var olanı, var olmayanı, var olub-olmadığı bilinməyəni çərçivəsində saxlayır. Və bu səbəbdən də bu sualın çərçivəsi daxilində azad şəxsi seçiminiz ilə “Tanrı mənim üçün nə ifadə edir?” sualını verə və yenə də azad bir şəkildə qərar qəbul edə bilərsiniz. Burada üzərində dayanılması gərəkən tək bir məsələ var. Azadlıq. Çünki “Mən kiməm?” sualı nəqliyyat vasitəsi olsaydı, keçəcəyi yol “azadlıq” olardı.

Azad seçim

Hər fərd dünyaya üzərinə yüklənmiş bir səbəb damğası ilə deyil, azad şəkildə gələr. (cansız və insan xaric canlı varlıqları da bura daxil etmək mümkündür. Bunlar öncədən bir səbəb ilə yaradılmışdır. Məsələn, bir qələmin var olma səbəbi yazmaqdır). İnsanda belə olmadığından – doğulduğunda üzərində bir məna yükü olmadığından sonradan özünə anlam qatmağa çalışar. Çünki həyatın mənasızlığını qəbul etmək və mənasızca yaşamaq onu qane etmez. Bəli, həyatın anlamı olmaya bilər, lakin bu məsələnin izahını verəcək “Mən kiməm?” sualı var. Və bu səbəblə mətnə “Mən kiməm?” sualı ilə başladım. Bu bir növ həyatın mənasının “mən”də olduğunu göstərir. “Mən” hamıdır. Hər kəs bir “mən”dir. Hər kəs də “mən” olduğu həyatın mənasıdır. “Mən” olan öldükdə digərləri yaşamağa davam edəcək, amma mənası olmayacaqdır, çünki “mən” olan ölmüşdür.

Tam azadıqmı?!

İnsanlar özlərini bir qrupa daxil etməyə, özünü bir düşüncəyə mənsub etməyə meyillidirlər. Bura qədər hər şey sözdə normaldır. Lakin anormallıq isə bundan sonra başlayır. Yeni-yeni gələnlərdən əvvəlkilərin sahibləndiklərinə, inandıqlarına onların da əməl etmələri tələb olunduqda başlayır.

Yeni qatılanlar kimlərdir?

Yeni qatılanlar hamımızıq. Vaxtilə hamımız yeni gələnlərdən idik və bizə (yeni gələnlərə) ətrafımızdakılar çox da azadlıq vermədi. Bizdən bir öncəki nəsil bizdən yaşca böyük olmalarından faydalanıb, özlərinin mənimsədikləri fikir və düşüncələri bizə ötürməyə çalışdılar və çox zaman da nail oldular. Hansılar ki, başqa bir mədəniyyətdə, başqa bir cəmiyyətdə doğulsaq, tamamilə başqa cür qəbul edəcəyimiz fikirlərdir.

Bu yazdıqlarımdan nə anlamalıyıq? Azad olmadığımızımı? Yox, insan hələ də azaddır, lakin tam azad deyil. Bəs onda nə qədər azadıq? Bizim yüzdə neçə faiz azad olduğumuzu deyə bilmərəm, amma bunu deye bilərəm ki, “mən kiməm?” sualını cavablaya biləcəyimiz qədər azadıq.

Azadlıq müəyyən mənada yüksək dərəcədə məsuliyyətdir. Hər gözəl şeydə olduğu kimi, azadlıqda da problem vardır. Buradakı problem məsuliyyət məsələsidir. Məsuliyyət isə vicdana bağlıdır. Azadlıq, məsuliyyət və vicdan insanın varlığının 3 təməl nöqtəsidir. Azadlıq haqqında düşünərkən, ağla “insan nə üçün can almamalıdır?” tipli suallar gəlir. Azadlıq haqqında belə düşünmək səhv düşüncə deyildir. Sənə nəsə vəd edən bir yerdə insan öldürə də bilərsən. Bəli, insan öldürmək azadlığa daxildir. Amma azadlıq təkcə “azadlıq”dan ibarət bir düşüncə deyildir. Azadlığın daxilində vicdan və məsuliyyət də yer alır və bunların daxil olmadığı “azadlığ”a azadlıq demek qeyri-mümkündür. Azadlıq, vicdan və məsuliyyət insana varlığını qazandıran 3 təməl nöqtədir və bu vəziyyətdə insan öldürən şəxsdə bu 3 nüans şəxsi tərk etdikdə insanlığını itirmiş olur.

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Cəlil Cavanşir. Qapalı dairə... açıq poeziya

 Qapalı dairə, Aum, Ohm və sairə… aummm… aummm… …bütün ağrıların səlib yürüşü başlayır canımda xəstəlik, üşütmə əzrayıl gün sayır… uçub dağılmış qəbirdi yatağım boş, bomboş, çox boşdur qucağım… ruhumdakı gərginiklə düz mütənasibdir həsrətin şiddəti… …alatoranda siqaret axtaran əllərim eynəyimlə rastlaşır görüntü şəffaflaşır sonra siqaret, qəhvə və sairə… *** aummm… aummm… […]