Klv.az saytı Avropa mətbuatına istinadən xəbər verir ki, Fransız “Yeni Dalğa” hərəkatının patriarxı, dünya şöhrətli rejissor Jan-Lük Qodar 91 yaşında dünyasını dəyişib. “Liberation” qəzeti onun ölüm xəbərini yayıb.
Qodar 3 dekabr 1930-cu ildə Parisdə varlı bir ailədə dünyaya gəlib. O, 1960-cı illərdə kino sənətində estetik inqilab etmişdir.
Jan-Lük Qodar “Son nəfəsdə”, “Nifrət”, “Çinli qız”, “Əlvida, dil” kimi unikal filmlərin rejissorudur.
Jan-Lük Qodar vəfat etdi
