Elnurə Eldarova. Sevgi deyilmi?

(mənsur şeir)

Bir düşün, xəyal et körpə səsini, onun nəfəsini, xoş gülüşünü… Bu, sevgi deyilmi?

Günəşin doğuşu, çiçək qoxusu, yağışdan sonrakı torpaq qoxusu.. Sevgi deyilmi? Allaha açılmış dualı əllər, ruhları oxşayan həzin nəğmələr, illərdir yazılan saysız romanlar.., bəs bunlar necə, sevgi deyilmi?

Sevgini axtarma böyük şeylərdə. Sağ-solun sevgidir büsbütün… Görməyi bacarsan əgər. Gecə yuxundadır o, gündüz ağlında.

Hər şey sevgidən doğulmurmu bəs? Ən gözəl hisslər də, ən xoş anlar da…

Yaradan sevgini pay verib bizə. Qoruyaq sevgini şərdən, böhtandan,

Böyüdək sevgini özümüzlə bir…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Allahla müsahibə

Xəyal etdim ki, Allahdan müsahibə alıram. “Deməli məndən müsahibə almaq istəyirsən?” deyə Allah soruşdu. “Əgər vaxtınız varsa…” deyə cavab verdim. Allah gülümsədi və “Mənim vaxtım əbədiyyətdir ” dedi. “Sizi bəşəriyyət barədə ən çox nə təəccübləndirir?” Allah cavab verdi: “Siz uşaqlıqdan bezib böyüməyə tələsir və sonra yenidən uşaq olmaq istəyirsiniz. Siz […]