Salman Rüşdini bıçaqlayanın kimliyi məlum oldu. Video

Hindəsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb. 

Hadisə 75 yaşlı yazıçının “Chautauqua” İnstitutundakı mühazirəsindən əvvəl baş verib. Belə ki, zaldakı şəxslərin biri səhnəyə çıxaraq Rüşdi və ondan müsahibə götürən müxbirə hücum edib.

Şübhəli yazıçıya 10-15 bıçaq zərbəsi endirib.

“Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib”, – ştat polisi bildirib.

Müxbirin yüngül kəllə-beyin travması aldığı bildirilir.

***

Hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O danışa bilmir, qaraciyəri zədələnib. Rüşdi həyatını itirə bilər.

***

Hüquq-mühafizə orqanları yazıçı Salman Rüşdiyə hücumda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər. O, Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matardır.

 

 

İstinad: qafqazinfo.az

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

SUN-TSZI. Qalibin strategiyası və taktikası (Odla hücum, Casuslardan istifadə)

Be Avq 15 , 2022
(davamı)   ODLA HÜCUM Sun Tszı deyib: Odla hücum beş cür olur: birincisi, adamları yandıranda; ikincisi, ehtiyatları yandıranda; üçüncüsü, ərzaq arabalarını yandıranda; dördüncüsü, anbarları yandıranda; beşincisi, döyüşçü dəstələrini yandıranda. Odla hərəkət edəndə onların tətbiqi üçün əsas olmağını bilmək zəruridir. Odlu vasitələrinin əvvəlcədən ehtiyatlarını mütləq hazırlanması zəruridir. Odu işə salmaq üçün […]