Lamiyə Hüseynzadə. Ölmədik, amma yaşayırıqmı?

1

“Daxili dünyama qayıdıram. Orada xəyal qırıqlığına yer yoxdur” – deyib Oğuz Atay.

İcmalıma sitat ilə başlamaq istədim, çünkü bəzi kitabların insan həyatından götürülmüş sitatlar, sitatların isə həyat təcrübəsindən doğan duyğular olduğuna inanıram. Oğuz Atayın ən dəyərli və ən tanınmış əsərlərindən biri olan “Tutunamayanlar” həyata tutuna bilməyən Səlim obrazının həyatından qalan xatirələrini və yaşama bağlılığını, var olan, lakin yox edə bilmədiyi ümidsizlik və gözləyişi qələmə almışdır.

Yazmağa Səlimdəmi başlayım, Turqutdanmı, yoxsa anlaşılmayan milyonlardanmı, bilmirəm. Amma ən doğrusu Səlim olacaq. Səlim İşıq – həyata gəlsə də, ona tutuna bilməyən obraz.. Bəlkə, obraz demək də doğru deyil, Səlim bizim anlaşılmayan tərəfimizdir.

“Kinyas və Kayra” kitabında Kayra, davamlı olaraq, özünün problemli doğulduğunu, normal insanlar kimi olmadığını deyirdi. Bu baxımdan Səlim də eyni idi. Zahirən nə qədər normal görünsə də, daxilən fərqli idi.

Əsərdə Səlimin insanlar üçün “vuruşması”, özü özünə küsüb sonra məzəmmət etməsi, kimdənsə diqqət gözləməsi, amma diqqət gördükdən sonra bundan imtina etməsi çox gözəl təsvir olunub. Oğuz Atay duyğuları yazıya tökməkdə əsl peşəkardır. Yazarın etdiyi sadəcə baş rolların emosiyalarını qələmə almaq deyil, o, yaratdığı bütün obrazların emosiyalarını ön planda tutmuşdur.

Səlimin həyatı, çatlamış stəkandakı su kimidir. Yaşasa da, yaşamasa da, həyatı tükəndi, çünkü tutuna bilmədi… Səlim həyata tutunamadıqca əskildi. Turqut isə tutunduqca…

Həyatımızda elə insanlar var ki, onları yaşayarkən başa düşməliyik. Təbii ki, bunun fərqindəyik, hər insanın həyatında məntiqinin dayandığı, ruhunun təslim olduğu məqamlar var. Belə baxanda görürəm ki, biz “hissiz insan kütləsi”dən irəliyə gedə bilmirik. Soruşuram: ölmədik, amma yaşayırıqmı?

Kitabın son hissəsində “tutunamayanlar”ın hekayələrindən bəhs edilir. Və bütün “tutunamayanlar” ölür izahı olmadan, anlaşılmadan…

Tanrı tutunamayanlardan rəhmətini əsirgəməsin.

Yazdıqlarım belə bir kitab üçün yetərsiz bir təhlil oldu. Qısaca, bu kitabı qanınıza, canınıza hopduraraq oxuyun. Səlimi, Turqutu başa düşərək oxuyun.

İcmalıma sitat ilə başlamışdım, sitat ilə bitirirəm..

“Bütün köşelere sesleniyorum: içinizden birinde kalmış bir tutunamayan var mı?”

Kitaba və həyata tutunmağınız diləyi ilə..

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

One thought on “Lamiyə Hüseynzadə. Ölmədik, amma yaşayırıqmı?

  1. Ədəbiyyat sonsuz sözlər girdabından ən anlamlı və nacizanə sözləri seçəndə yaranır. Bəzən daşmış duyğu selinin təsiri ilə uzun-uzun danışarsan, yazarsan. Ehtiraslı, ambisiyalı mətnlər bu cür doğular. Daha sonra ruhuna, beyninə, xəyalına-bir sözlə, bütün varlığına dinginlik çökər. Hər şeyi bir ovçu sərrastlığı ilə aydın görərsən, duyğular və detallar fərqli bir çalara bürünər, bir baxışla anlaşmaq kimi, bir neçə cümlə ilə anladarsan olub bitəni. Bu yazı da mənə ikinci dediyimi xatırlatdı. Mən isə birinci bəhs etdiyim qrupa daxiləm, çox güman:). Belə olsa da, yazdığınız mətn məni bu xoş və qarşılıqsız sözləri yazmağa vadar etdi. Uğur olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Writing Advice from Rachel Yoder: Take a Break, Hug a Tree

Rachel Yoder’s Nightbitch is out now in paperback from Anchor, so we asked about her favorite books and methods of procrastination. – How do you tackle writer’s block? Gotta say I haven’t really been tackling writer’s block so much lately as I have been submitting fully to it. I don’t […]