Ramil Əhməd. Azadlığım

Sənlə gedə bilmədiyim

bütün parklar

ağaclardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün şəhərlər

binalardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün küçələr

adamlardan hörülmüş həbsxanalardır.

 

Sənlə üzə bilmədiyim

bütün dənizlər

sulardan hörülmüş həbsxanalardır.

 

Sənsiz

məhbusam

ağaclar, binalar, adamlar, sular arasında…

 

Hardasan, mənim azadlığım?

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Səma Qasımova. "Həyat ağacı" üzərində sonsuzluq və ölməzlik

Samuel Bekketin “Qodonun intizarında” pyesində absurdluğun bədii ifadəsi Estraqon: Hər şeydən başlamaq olar. Vladimir: Hə, ancaq nədən başlamağı dəqiqləşdirmək lazımdır. Bəli, “Nədən başlamaq?” Hər kəs özünə bu sualı tez-tez verir. Bəlkə də, yalnız həyatda qayəsi olan insanların özünə verdiyi bir sualdır bu. Kim bilər?! Bəlkə də, Samuel Bekket də öz […]