Rəssam Fəriba Fərhənginin “Qadın və Təbiət” adlı rəsm sərgisi keçirilib

24 İyun 2022-ci il tarixində Xəzər universiteti Fikrət Əmirov adına Konfrans – Konsert mərkəzində rəssam Fəriba Fərhənginin “Qadın və Təbiət” ( “Woman and Nature”) adlı sərgisi keçirilib.

Sərgidə rəssamın pandemiya dövründə çəkdiyi şəkillər sərgilənib. Rəssam Fəriba Fərhəngi sərginin mövzusu haqqında klv.az saytının əməkdaşı ilə fikirlərini bölüşüb.

Rəssam qeyd edib ki, pandemiya dövründə rəssamın yaradıcılığa ayıracağı daha çox vaxtı olub və bir çox dəyərli rəsm əsəri ərsəyə gətirə bilib. Rəssam yaratdığı nümunələrdə qadın ilə təbiəti bərabər tutmuş, təbiətin bütün gözəlliklərinin qadında təzahür olunduğunu ifadə edib. Rəssam müsahibəsində deyib: “Allah bütün gözəlliklərini təbiətdə, həmçinin qadında təzahür etdirir. Qadın da təbiət kimi zahirən zərif görünsə də, daxilən çox güclü və mürəkkəb quruluşa malikdir”.

Sərgidə Xəzər universitetinin tələbələrindən təşkil olunmuş rəqs qrupu şərq mədəniyyətinə məxsus bir neçə rəqs göstərisi nümayiş edilib.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ramil Əhməd. Azadlığım

Ç İyn 29 , 2022
Sənlə gedə bilmədiyim bütün parklar ağaclardan hörülmüş həbsxanalardır.   Sənlə gedə bilmədiyim bütün şəhərlər binalardan hörülmüş həbsxanalardır.   Sənlə gedə bilmədiyim bütün küçələr adamlardan hörülmüş həbsxanalardır.   Sənlə üzə bilmədiyim bütün dənizlər sulardan hörülmüş həbsxanalardır.   Sənsiz məhbusam ağaclar, binalar, adamlar, sular arasında…   Hardasan, mənim azadlığım?