İsmayıl Əliyev. Şeirlər

SƏSLƏNİŞ

I

Olmur, a dostlar, olmur!

Eşq ağlımdakı kimi,

Həyat istədiyim kimi.

Bu vəziyyət, a dostlar,

Gedəcək hara kimi?

II

Sizlər, sizlər, insanlar,

Kömək edin mənə

Və yanımda olun.

Unudum onu,

Tamam unudum.

 

HƏYAT

I

Bir söylənişdir həyat

Şükür və ya şikayət içində.

Bir günahdır həyat

Tövbəni gözləyən.

II

Yaşamaq çətindir,

Duyğuların varsa əgər.

Ölmək çox ləzzətlidir,

Tanrın varsa əgər.

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Aysun Mahmudzadə. "Anna Karenina" və "Həyatlar"

Ca İyn 30 , 2022
“Anna Karenina” əsəri rus ədəbiyyatının gəlmiş-keçmiş ən dəyərli  incilərindən biridir. L.Tolstoy bu əsəri yazarkən öz otağında günlərlə ac-susuz qalır və xidmətçisinə yalnız vacib bir şey olduğu təqdirdə onu narahat edə biləcəyini tapşırır. Günlər keçdikcə Tolstoydan səs gəlmir və xidmətçi artıq qorxmağa başlayır. Otağa girməsi qadağan edildiyi üçün özü risk etməsə […]