Zəhraxanım Məmmədova. Söyləyəcəm bu dəfə…

Söyləyəcəm bu dəfə

Daşlarda susacaq qoxun,

Gəzəcəm bu dəfə

Üstünə basa- basa.

Liman səndən ayrılanda

Keçir indi inandığım zaman da

Dönməkmi geriyə,

Qürurun əl vermədiyi yerə?

Niyə dayanım ki, niyə?

Görmədinmi məgər

Yox olub gedirəm?

Üzünü dönəsən mənə

Bir baxasan hardayam…

Köməy et mənə, kömək,

Çıxım bu əlvidadan

Çox amansızdır insanlar.

Gedə bilsəm, qaçıb gedərəm,

Amma buraxmır olacaqlar

Arxamca sürünə- sürünə gəlir

Maviyə boyanan dəniz kimi,

Qırmızıya boyanan şərab kimi

                                                   Zəhraxanım Məmmədova

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

İlkanə İbrahimbəyli. Sən də beton divarlar arasındakı kəpənək kimisən....

C İyn 10 , 2022
“Tarix fars olur, fars da tarix”. Bəs dünya? Dünya… dünya isə bir tamaşadır. Bilirəm, ağız büzüb deyəcəksiniz ki, məlum məsələdir. Ancaq bu öləri, ötəri və tamaşavari həyatda ümid edirik həmişə. Yaşamağı, mövcud olmağı. Nərələrdəsə qalmağı. Oğlunu itirmiş bir ananın fəryadında. Bir qadının çarəsiz göz yaşlarında. Bəlkə də, ölümü özü üçün […]