Charles Bukowski. Məni tanımaq istəyirsinizsə…

“Məni tanıyan hər kəsin sizə deyə biləcəyi kimi, mən qəbulolunmaz  adamam.  Pis adamları, qanun pozanları, axmaqları sevirəm. Düzgün yaşayan, tətəmiz təraş olunmuş, qalstuklu adamlardan xoşum gəlmir. Ümidsiz adamları sevərəm, xəyalları qırıq, ağılları seyrək, yollarını sapmış adamları…”

Amerikan Ordusunun çavuşlarından biri, polyak əsilli Henrix Karl Bukovski, I Dünya Müharibəsindən sonra xidməti borcunu yerinə yetirmək üçün Almaniyaya gedir və orada tanış olduğu Katarina adlı qadınla evlənir. 16 Avqust 1920-ci ildə övladları dünyaya gəlir və onun adını da Henrix qoyurlar. Gənc cütlük 1923-cü ildə Amerikaya köçür. Əvvəl Baltimor, daha sonra  Los Ancelesdə  özünə gələcək axtaran Henrix, oğuluna əzab verməyə başlayır. Əvvəlcə Henri ardından imtina edib, adını Çarlz olaraq dəyişdirən Bukovski, sərt, mərhəmətsiz, üsyankar dilinə görə 6 il dayanmadan, həftədə 3 dəfə onu döyən atasına qarşı nifrətlə böyüyür.

“Həqiqətən yaşaya bilmək üçün bir neçə dəfə ölmək lazımdır.”

Los Anceles şəhərinin kənar məhəllələrindəə böyüyən, içinə qapalı, utancaq gənc, iki illik jurnalistika və yazıçılıq təhsilindən sonra Nyu Yorkda həyatını qurmağa çalışır. Asanlıqla yazıçı ola bilməyəcəyini anlayan Bukovski yenidən Qərbə qayıdır və içkiyə qurşanır. 10 il sonra ölümcül mədə qanaxmasından sonra içkinin bir xilaskar, bir mələk olmadığını başa düşsə də ondan asılığı davam edir. O qab-qacaq yuyur, yük maşını sürür, gözətçilik edir, fabriklərdə çalışır. Bədbəxtliyini, ümidsizliyini unutmaq üçün qazandığı son qəpiyi də barlarda içkiyə xərcləyir. Daha sonra nizamlı bir iş tapır, poçtalyon olur. Amma yenə işinə nifrət edir. Dəfələrlə istefa verir, sonra isə üzr isəyib geri dönmək üçün mübarizə aparır.

Bukovski 50 yaşına çatanda 5 qəpiyi olmayan, qadınların üzünə baxmadığı bir adam idi. İçindəki istək yenidən onu şeir yazmağa vadar edir. Günlərin bir günü “Black Sparrow” adlı az satılan jurnallardan birinin sahibi Con Martinlə tanış olur. Con, onun şeirlərindəki üsyanı, etirazı hiss etdiyi üçün bütün şeirlərini çap etməyə başlayır.

Poçtda işini davam etdirən, bu dəfə barlara getmək əvəzinə evə qapılıb sərxoş halda şeirlər yazan  Bukovski ədəbiyyat dünyasında fərqli tərz  yaratdığından xəbərsiz idi.

“Bəzən yataqdan qalxıb bu dəfə alınmayacaq deyə düşünər, lakin keçmişdə neçə dəfə belə düşündüyünüzü xatırlayar, gizli-gizli  gülümsəyərsiniz.”

Bukovskinin ilk hekayələri kobud seks və zorakılıq səhnələrindən ibarət idi. Gəncliyində yaşadıqları ona küçənin dilini yaxşıca öyrətmişdi. Hər gördüyünü senzurasız yazma bacarığına sahib idi. Oxucularını ədəbsizliklə, arqoyla, məsuliyyətsizliklə ovsunlaya bilirdi. Hətta bir dəfə Bukovskinin dili haqqında belə bir fikir deyilib: “Bir az zəhmətkeşlik, tək-tük seçmə söz, xarakterindən qopub gələn amansızcasına dürüstlük.”

“Bəziləri heç vaxt axmaqlıq etmirlər. Onları qorxunc həyat gözləyir.”

Əlli üç yaşında, hələ şeir dünyasında yeni-yeni tanınmağa başladığı vaxt ilk müsahibəsini verir və özünün dünyadan gizlənən bir keşiş olduğunu bildirir. “İnsanları niyə sevmirəm?” deyə sual verir və “Kim insanları sevir ki?” deyə öz sualına cavab verir.

Növbəti illərdə “Solçuların sizdən xoşu gəlmir” deyən bir müxbirə, “Amerikadakı solçulardan bəhs edirsinizsə onlar duzsuz tiplərdir. Əsas dərdləri daha yaxşı bir iş tapmaq ya da narkotik çəkməkdir… Avtomobillərinə yeni şin almaq, kokain tapmaq və diskotekada beyinlərini dincəltməkdən başqa problemləri olmayan şüar uşaqlarıdırlar. Media onları çox şişirdir. Əslində həyat mübarizəsi nədir bilməyən tiplərdən bəhs edirik” deyə cavab verir. “Onları çox yaxşı tanımadığınız müddətdə insanları təbii ki, sevə bilərsiniz.”

Yazıçılığa 50 yaşında, “Black Sparrow” jurnalından aldığı bir neçə yüz dollarla başlayan və poçtdakı işindən son dəfə istefa verən Bukovskinin ilk romanı on il sonra “Post Office”(Poçt) (1971) adıyla nəşr olunur. Daha

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi

Felsefe tarixi-Skirbek, Gilye