“Xəzər – 35” müsabiqəsinin vaxtı uzadılır

Xəzər Universitetinin 35 illik yubileyi münasibəti ilə elan olunmuş müsabiqənin vaxtı uzadılır. Vaxtın uzadılmasındanməqsəd müsabiqənin nominasiyaları (kateqoriyaları) üzrə daha yaxşı mətnlərin meydana çıxmasını təmin etmək, yetərli nəticəyə nail olmaqdır.

Xatırladırıq ki, “Ədəbiyyat səyyahları” (klv.az) saytı Dillər və ədəbiyyatlar departamentinin təşəbbüsü ilə Xəzər Universitetinin 35 illik yubileyi çərçivəsində bu ilin aprel ayında müsabiqə elan etmişdi. Müsabiqənin məqsədi universitetin 35 illik akademik və mənəvi inkişaf yoluna işıq tutmaq, “Xəzər”lə bağlı şəxsi xatirələri, təcrübələri, müəllim – tələbə münasibətlərini, akademik mühiti, fərdi inkişaf hekayələrini və ədəbi düşüncələri yazılı formada toplamaq idi.

Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
1. Esse / Məqalə
2. Hekayə
3. Şeir
İştirak şərtləri:
1. Müsabiqədə Xəzər Universitetinin əməkdaşları, məzunları, tələbələri ilə bərabər hər bir qələm adamı iştirak edə bilər. Yaşməhdudiyyəti yoxdur.
2. Təqdim olunan işlər yeni olmalı və daha əvvəl çapolunmamalıdır.
3. Mətnlər Azərbaycan dilində, Word formatında, Times New Roman şriftində, 14 ölçüdə və 1,5 sətirarası intervalla təqdimedilməlidir.
4. Hər iştirakçı hər kateqoriya üzrə yalnız 1 yazı təqdim edəbilər.
5. Müsabiqədə yer tutmayan müəlliflərin məktub vəgöndərişlərinə geri dönüş edilməyəcək. Müsabiqədə yertutmuş müəllif mətnləri klv.az saytında və “Xəzər-xəbər” jurnalında dərc ediləcək.
6. İşlər münsiflər heyətinə anonim şəkildə təqdim olunacağıüçün iştirakçılar mətnləri göndərərkən ad və soyadlarını, şərtiadlarını, qısa tərcümeyi-hallarını, əlaqə nömrələrini vəünvanlarını ayrıca faylda qeyd etməlidirlər.
(Şəxsiyyət vəsiqəsinin surəti qaliblərinmüəyyənləşdirilməsindən sonra tələb oluna bilər).
Yazılar aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:
khazar.musabiqe35@gmail.com
Müsabiqədə iştirak 1 oktyabr 2026-cı il tarixindəyekunlaşdırılacaq. Qaliblərin elan ediləcəyi tarix və rəsmitədbir barədə əlavə məlumat veriləcək.
İnformasiya və təşkilati dəstək: “Ədəbiyyat səyyahları” (klv.az) saytı; “Xəzər-xəbər” jurnalı; “525-ci qəzet”; “Ədalət” qəzeti; adalet.az; 525.az saytları; Xəzər Universiteti.

Mükafatlar
Hekayə üzrə
I yer – 500 AZN
II yer – 400 AZN
III yer – 300 AZN
Esse / Məqalə üzrə
I yer – 400 AZN
II yer – 300 AZN
III yer – 200 AZN
Şeir üzrə
I yer – 300 AZN
II yer – 200 AZN
III yer – 150 AZN
Müsabiqə ilə bağlı suallar üçün: Tel: 055 731 58 88

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir