“Emosional zəka və süni intellektin qarşılıqlı əlaqəsi” mövzusunda interaktiv dərs keçirilib

25 noyabr 2025-ci il tarixində Xəzər Universitetində Mühəndislik və Baytarlıq təbabəti fakültələrinin tələbələri üçün “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni çərçivəsində “Emosional zəka və süni intellektin qarşılıqlı əlaqəsi” mövzusunda interaktiv dərs keçirilib.

Dillər və ədəbiyyatlar departamentinin müəllimləri f.ü.f.d Aygül Qurbanova və f.ü.f.d Yeqzar Cəfərli tərəfindən keçirilən dərsdə tələbələr emosional zəka ilə süni intellektin əlaqəsini yalnız nəzəri deyil, həm də praktiki nümunələr vasitəsilə müzakirə ediblər. Əsas diqqət süni intellektin insanların emosional vəziyyətlərini necə anlamasına və onun kommunikasiya prosesinə necə inteqrasiya oluna biləcəyinə yönəldilib.

İnteraktiv dərs tələbələrə bu sahələrin gələcək inkişafı və qarşılıqlı təsiri baxımından faydalı olub.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Virciniya VULF. Kabuslu ev

Virciniya VULF (1882-1941). Əsl adı Adelina Virciniya Stiven olan britaniyalı şairə, romançı, tənqidçi, novella ustası, naşir, esseçi və feministdir. Avropa ədəbiyyatında modernizmin əsas nümayəndələrindən biri sayılır.   Havaxt oyansaydım, buradakı qapılardan biri mütləq qapanırdı. Əl-ələ tutan bir cüt kabus bu otaqdan digərinə keçər, hər küncə-bucağa baxar və sanki nələrdənsə xatircəm […]