T.C.Kars şəhərində Hamlet İsaxanlının “Mənim Qarabağım, və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib

7 noyabr 2025-ci il tarixində Qafkaz Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümünün və Kars Baş Konsulluğunun təşəbbüsü ilə Heydər Əliyev tədris mərkəzində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri Prof.Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümünün müdiri Prof. dr. İlkin Qulusoy hörmətli qonağı və iştirakçıları salamladı, bu günki tədbirin Qarabağ Zəfərinin 5 illiyinə həsr olunduğunu vurğuladı. Kars Baş Konsulu Zamin Əliyev Prof. Hamlet İsaxanlını qonaqlara təqdim edərək, onun gəlişini Qarabağ Zəfərinə ən gözəl hədiyyə olduğunu dilə gətirdi, qısaca kitabın əhəmiyyətindən bəhs etdi. Sonra məruzəçilər- Azərbaycanın Türkiyədəki təhsil müşaviri doç.dr.Nəcibə Nəsibova, Kafkaz Universitetinin rektoru prof. Hüsnü Kapu, Iğdır Universitetinin rektoru prof. Əkrəm Gürel, Kafkaz Universitetinin prorektoru prof.dr. Selcuk Ural Azərbaycan xalqının qazandığı Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, “Mənim Qarabağım, və ya Qarabağ düyünü” əsərinin indiki və gələcək nəsillər üçün əhəmiyyətindən söz açdılar.

Qafkaz Universitetinin müəllimi Könül Qulusoy Qarabağ mövzusunun elmi və ədəbi müstəvidə işıqlandırılmasının önəmindən, əsərin ədəbi-fəlsəfi məzmununundan, Qarabağ həqiqətlərinin bu kontekstdə təqdimatının yeniliyindən, Azərbaycan milli yaddaşının qorunmasında əhəmiyyətidən bəhs edən geniş elmi məruzə ilə çıxış etmişdir. Məruzəçi vurğuldı ki, Hamlet İsaxanlının əsəri Qarabağ müharibəsinin təkcə tarixi və siyasi deyil, həm də mənəvi və ideoloji tərəflərini dərin elmi-ədəbi müstəvidə əks etdirən mühüm bir nümunədir.Məruzə müəllif və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və geniş müzakirələrə səbəb oldu.

Tədbirdə Qafkaz Universitetinin Çağdaş Türk Ləhcələri və ədəbiyyatları bölümünün Azərbaycan dili və ədəbiyyatı ixtİsasının tələbələri Prof. Hamlet İsaxanlının şeirlərini səsləndirdilər. Tədbir iştirakçılarının xahişi ilə Prof. Hamlet İsaxanlı özünün “ Hələ ki gedirik üzü sabaha” şerini təqdim etdi.

Azərbaycanın Türkiyədəki təhsil müşaviri doç.dr.Nəcibə Nəsibova Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin, elmi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsində xidmətlərinə görə prof. Hamlet İsaxanlıya mükafat təqdim etdi. Öz növbəsində prof.Hamlet İsaxanlı da Qafkaz Universitetinnin rektoru prof.dr. Hüsnü Kapuya göstərdikləri diqqətə görə hədiyyə təqdim etdi.

Daha sonra Prof. Hamlet İsaxanlı Ardahan Universitetinin məzunu Azərbaycanlı şəhid Mustafa Kərimovun adını əbədiləşdirən konfrans salonunun açılışında iştirak etdi. Açılış mərasimində, həmçinin, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Azərbaycanın Türkiyədəki təhsil müşaviri doç.dr.Nəcibə Nəsibova Ardahan Universitetinin rektoru prof. Öztürk Emiroğlu, Ardahan Vali vəkili Mehmet Sert, Universitetinin professor-müəllim və inzibati heyəti, eləcə də çoxsaylı tələbələr, şəhid Mustafa Kərimovun ailəsi, Azərbaycan Milli Məclisinin deputatları prof. Anar İskəndərov və Şahin İsmayılov, Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova və digər qonaqlar iştirak etdilər.

Rəsmi hissədə çıxış edən natiqlər Azərbaycan xalqının qazandığı Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən, şəhidlərin əziz xatirəsinin uca tutulmasının vacibliyindən, eləcə də Qarabağ mövzusunun elmi və ədəbi müstəvidə işıqlandırılmasının önəmindən danışdılar.

Axşam Qarsdakı Ahmet Arslan Konqres və Mədəniyyət mərkəzində Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş böyük konsert proqramı baş tutdu. Türkiyə və Azərbaycan Dövlət himlərinin oxunması ilə baş tutan konsertdə çıxış edən Kars baş konsulu Zamin Əliyev “Vətən savaşında qazandığımız zəfəri torpaqlarımız uğrunda canını fəda edən igidlərimizin ruhuna borcumuz” kimi dəyərləndirdi. Xəzər Universitetinin təsisçisi prof. Hamlet İsaxanlı isə çıxışında Türkiyə-Azərbaycan qardaşlığının tarixindən, 44 günlük mücadilənin ilk günlərindən Türkiyənin Azərbaycanın yanında yer almasından bəhs etdi. Çıxışçılar arasında Kars Vali vəkili Hayrettin Buğra Güzel, AK Parti Millət vəkili Adəm Çalkın var idi. Çıxışlardan sonra Qarabağ Zəfərinə həsr olunmuş şeir yarışmasının qalibləri mükafatlandırıldı. 1-ci yerin qalibinə mükafatı prof. Hamlet İsaxanlı təqdim etdi.

Sonda prof. Hamlet İsaxanlıya ən ali qonaq olaraq Türkiyə bayrağı təqdim edildi.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Emosional zəka və süni intellektin qarşılıqlı əlaqəsi” mövzusunda interaktiv dərs keçirilib

25 noyabr 2025-ci il tarixində Xəzər Universitetində Mühəndislik və Baytarlıq təbabəti fakültələrinin tələbələri üçün “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni çərçivəsində “Emosional zəka və süni intellektin qarşılıqlı əlaqəsi” mövzusunda interaktiv dərs keçirilib. Dillər və ədəbiyyatlar departamentinin müəllimləri f.ü.f.d Aygül Qurbanova və f.ü.f.d Yeqzar Cəfərli tərəfindən keçirilən dərsdə tələbələr emosional […]