Xəzər Universitetində “Universitetdən iş həyatına keçid: Fərq yaratmağın formulu” mövzusunda seminar keçirilib

2025-ci il noyabrın 5-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin və Bakı Yunis Emre İnstitutunun birgə təşkilatçılığı ilə “Universitetdən iş həyatına keçid: Fərq yaratmağın formulu” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova açaraq seminarın məruzəçisi İstanbul Beykent Universitetinin rektor müşaviri prof. Mehmet Naci Efeni iştirakçılara təqdim edib.

Prof. dr. Mehmet Naci Efe çıxışı zamanı universitetdən iş həyatına keçid mərhələsində fərq yaratmağın yolları, karyera planlaması və şəxsi inkişafla bağlı vacib məqamları vurğulayıb. O, tələbələrə gələcək peşə həyatlarında uğur qazanmaq üçün praktik tövsiyələr verib.

Seminar tələbələrin fəal iştirakı ilə interaktiv şəkildə davam edib, müxtəlif suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Tədbirdə Dillər və ədəbiyyatlar departamentinin müəllimləri – dos. Zivər Hüseynli Baylan, dos. Xatirə Yusifova, dos. Rasim Heydərov, eləcə də Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva iştirak ediblər.

Sonda dosent Dilbər Zeynalova seminarın əsas məruzəçisi prof. dr. Mehmet Naci Efeyə təşəkkürnamə təqdim edib. Həmçinin, Bakı Yunis Emre İnstitutunun müdiri Gökan Seyhan çıxış edərək əməkdaşlığa görə təşəkkürünü bildirib. Tədbir xatirə fotosu ilə yekunlaşıb.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şərif Ağayar. Bayraq (esse)

Adam istəyir desin ki, ay vətən, ay bayraq, çox ucasan e… O qədər ucasan ki, ayağının altında qalırıq. Öldük sənin üçün, gəncliyimiz, sağlamlığımız, torpaqlarımız getdi. Xankəndidə sənə baxıb sevincimizdən ağladıq. Ən yaxşı sözləri yazdıq sənə… Sən də haqlı olaraq ucaldın, dünyanın ən böyük qələbəsini təmsil etdin. Amma səni and verirəm […]