Xəzər Universiteti tələbələrinin Folklor İnstitutundakı elmi-tədqiqat təcrübəsi davam edir

Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər Fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə IV kurs tələbələri 2025–2026-cı tədris ilinin payız semestrində AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsini davam etdirirlər.

Təcrübə tələbələrin nəzəri biliklərini praktik şəkildə tətbiq etmələri və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmələri məqsədi daşıyır.

Tələbələr Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyevlə görüşüblər. Görüşdə institutda aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşrlər və yeni folklor topluları barədə məlumat verilib, həmçinin müzakirələr aparılıb.

Tələbələrin elmi-tədqiqat təcrübəsi dekabr ayının sonunda başa çatacaq.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xəzər Universitetində “Universitetdən iş həyatına keçid: Fərq yaratmağın formulu” mövzusunda seminar keçirilib

2025-ci il noyabrın 5-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin və Bakı Yunis Emre İnstitutunun birgə təşkilatçılığı ilə “Universitetdən iş həyatına keçid: Fərq yaratmağın formulu” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova açaraq seminarın məruzəçisi İstanbul Beykent Universitetinin rektor müşaviri prof. Mehmet […]