ADPU Quba filialında professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib

29 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Dillər və ədəbiyyatlar departamentinin təçkilatçılığı ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri görkəmli alim, şair və ictimai xadim professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ADPU Quba filialının rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, həmçinin Xəzər Universitetinin rektoru Dr. Raziə İsaeva, fakültə dekanları, Dillər və ədəbiyyatlar departamentini müdiri dos.Dilbər Zeynalova, AMEA Folklor İnstitutunun direktoru, Xəzər Universitetinin əməkdaşı dos.Hikmət Quliyev, Kitabxana İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli və digər qonaqlar iştirak ediblər.

Təqdimat mərasiminin moderatoru ADPU Quba filalının Ədəbiyyat və Dillər kafedrasının müdiri dos. Gülşən Ağabəy giriş nitqindən sonra sözü ADPU Quba filialının direktoru dos. Yusif Alıyeva verdi. Filialın direktoru dosent Yusif Alıyev açılış nitqi ilə çıxış edərək qonaqları salamladı və professor Hamlet İsaxanlının Azərbaycan elminə və ədəbiyyatına verdiyi mühüm töhfələrdən bəhs etdi.

Daha sonra Xəzər Universitetinin rektoru Dr. Raziə İsaeva çıxış edərək Universitetin keçdiyi yol, qazandığı uğurlar, gələcək perspektivlər haqqında geniş məlumat verdi, həmçinin “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının yüksək məziyyətlərini dilə gətirdi. Dosent Hikmət Quliyev öz çıxışında əsərin elmi, ədəbi və ictimai əhəmiyyətindən söz açdı. Dillər və ədəbiyyatlar departamentinin müdiri, tədbirin təşkilatçılarına təşəkkürünü ifadə etdi və H.İsaxanlının “Dalğlarla yan-yana” şeirini səsləndirdi.

“Mənim Qarabağım, və ya Qarabağ düyünü” kitabının müəllifi Professor Hamlet İsaxanlı alqışlarla səhnəyə dəvət olundu. O, çıxışında kitabın yazılma məqsədindən, Qarabağ mövzusuna fərqli baxış bucağından yanaşmanın vacibliyindən, və əsərdə öz əksinin tapan tarixi hadisələrin mahiyyətindən danışdı. Prof.Hamlet İsaxanlı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı, kitab haqqında səslənən rəylərə münasibət bildirdi.

Tədbir bədii hissə ilə müşayət olundu. Xəzər Universitetinin Musiqi və İncəsənət departamentinin müəllimi Aşıq Ramin Qarayev professor Hamlet İsaxanlının şeirlərinə bəstələdiyi mahnıları sazla ifa etdi. Filialın tələbələri şairin şeirlərini səsləndirdilər, mahnı və rəqslərlə çıxış etdilər.

Tədbir çərçivəsində professor Hamlet İsaxanlının müxtəlif illərdə nəşr olunmuş kitablarından ibarət sərgi də nümayiş etdirildi.

Sonda Xəzər Universitetinin rektoru Dr. Raziə İsaeva ADPU Quba filialının direktoru dos. Yusif Alıyeva, Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova ADPU Quba filalının Ədəbiyyat və Dillər kafedrasının müdiri Dos. Gülşən Ağabəyə xatirə hədiyyələri təqdim etdilər.

Təqdimat mərasimi qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşdı, iki universitet arasında gələcək əməkdaşlıq imkanları geniş müzakirə olundu.

Tədbir iştirakçılarla birlikdə xatirə şəkli çəkilməsi ilə yekunlaşdı.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xəzər Universiteti tələbələrinin Folklor İnstitutundakı elmi-tədqiqat təcrübəsi davam edir

Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər Fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə IV kurs tələbələri 2025–2026-cı tədris ilinin payız semestrində AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsini davam etdirirlər. Təcrübə tələbələrin nəzəri biliklərini praktik şəkildə tətbiq etmələri və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmələri məqsədi daşıyır. Tələbələr Folklor İnstitutunun direktoru, filologiya […]