Yeqzar Cəfərlinin “Boz dünyaya səyahət” adlı kitabı işıq üzü görüb

Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, yazar, ədəbiyyatşünas fil.ü.f.d.Yeqzar Cəfərlinin “Boz dünyaya səyahət” adlı kitabı işıq üzü görüb. Üç bölmədən ibarət olan kitabda müəllifin indiyə kimi yazdığı bütün bədii əsərləri toplanıb.

“Boz kəpənək” adlı I bölmədə müəllifin müxtəlif səpkili şeirləri verilib. “Qəhvəyi pencəkli oğlan” adlı II bölmə hekayələrdən ibarətdir. III bölmədə isə “Daşlar ulduzlarla görüşəndə” adlı roman yer alıb.

“Boz dünyaya səyahət” müəllifin sayca dördüncü kitabıdır. Bundan qabaq onun “Əli Fəhmi dünyası” və “Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” adlı monoqrafiyaları və “Uçurum” hekayələr kitabı çapdan çıxıb.

Ədəbiyyat qəzeti.- 2025.- 21 fevral

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2025/03/05/edmund-husserl-kartezian-dusunceleri-10-49/ (davamı) Məntiqi tədqiqat II cild. Fenomenologiya və idrak nəzəriyyəsinə dair araşdırma III Fəsil. Sözlərin mənasının qərarsızlığı və mənaların vəhdətinin ideallığı §27. Mütərəddid ifadələrin başqa növləri Mahiyyətcə okkazional ifadələrin tərəddüdü əlavə olaraq, çox vaxt onların danışanın rəyini natamam (Unvollstaendigkeit) ifadə etməsi üzündən artır. Ümumiyyətlə, mahiyyətcə okkazional və obyektiv ifadələrin fərqlənməsi […]