Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/03/27/edmund-husserl-kartezian-dusunceleri-15/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 45. Transsendental eqo və özü -özünə qavrayışın xüsusi sferasına reduksiya olunan, psixofiziki insan kimi

Biz sonuncu düşüncələrimizi, bütün əvvəlkilər kimi, transsendental reduksiya mexanizmində həyata keçirmişdik, yəni düşünən mən onları transsendental eqo kimi həyata keçirmişdim. İndi məsələ ondan ibarətdir ki, dünya fenomeninin reduksiyalaşması daxilində eyni ilə bu formada, MƏN insan MƏN-inin xalis xüsusi sferasına reduksiya kimi və MƏN transsendental eqo kimi bir-biri ilə necə əlaqələndirilir. Sonuncu bütün obyektiv dünyanın və bütün sair (o cümlədən ideal olanlar) obyektivliklərin hamısının mötərizəyə alınması nəticəsində meydana çıxır. Bu mötərizəyə alınma sayəsində mən özümü, özünün konctitutiv həyatı ilə nə vaxtsa mənim üçün – MƏN kimi obyektiv meydana çıxan şeyləri konstruksiyalaşdıran transsendental eqo kimi dərk etmişəm, belə ki, ona, təkcə hər cür obyektivlikləri deyil, həm də özü-özünü öxşar eqo kimi konstruksiyalaşdıran və onlarda özünün aktual və potensial təəssüratları ilə və ona xassə olan xatibuallıqları ilə yaşayan bütün quruluş aiddir. İndi biz deyə bilərik: mən hansı həddəyəmsə, həmin dərəcədə də, mənim üçün mövcud olan dünyanı bu eqo kimi konstruksiyalaşdırmışam və konstruksiyalaşdırmağımda davam edirəm, “MƏN adi mənada” sərlövhəsi altında, şəxsi insan MƏNİ mənasında dünyanın özünün konstruksiyalaşan bütövlüyü daxilində dünyaya qapılan kimi özüm özümün hansısa bir qavrayışımı həyata keçirmişəm və bu qavrayışı onun daimi əhəmiyyəti ilə sonrakı açılışlar üçün də qoruyub saxlayıram. Bu sonuncu eqoda olduğu kimi, transsendental yanaşmada mənin üçün səciyyəvi olan nə varsa hamısı, dünyaya qapılma sayəsində psixika keyfiyyətində ruhuma daxil olur.

Dünyaya qapılan bu appersepsiyanı üzə çıxarmaqla, mən indi insan fenomeninin tərkib hissəsini təşkil edən fenomen kimi, universal, mütləq, transsendental eqoya qayıtdığım kimi, özümə də ruhumdan qayıda bilərəm. Əgər, bu surətlə, mən, bu eqo kimi, mən obyektiv dünya fenomenimi xüsusi sferaya reduksiya edirəmsə və sonra hər hansı digər üsullarla mənim özümün olan kimi tapdığım (reduksiya yerinə yetirildikdən sonra artıq “başqası” mənə münasibətdə heç bir şey saxlaya bilmir) hər şeyi ona əlavə edirəmsə, onda mənim eqomun bütün bu xüsusi sferasını, mənim ruhumun xüsusi sferası kimi dünyanın reduksiya olunmuş fenomenində yenidən tapmaq olar, yalnız həmin fərqlə ki, bu məzmun burada, mənim qavrayışımı təşkil edən dünya kimi, transsendental mənada ikinci dərəcəli olacaq. Əgər biz sonuncu transsendental eqonun və onda konstruksiyalaşan bütün şeylərin universumu üzərində dayansaq, onda təsdiq edə bilərik ki, onun birgə transsendental təcrübə sahəsinin bölünməsi, xüsusən də, – onun dünya təcrübəsinin müvafiq qatlarına uyğun olaraq eqonun xüsusi sferaya bölünməsi, bilavasitə ona xasdır, belə ki, bütün “başqaları” və həm də “başqalarının” sferası arxa plana sıxışdırılır. Lakin “başqasının” hər cür dərketmə modusu, onun hər cür təzahür üsulu, bununla belə, birinci sferaya aiddir. Transsendental eqonun həmin birinci qatda, “başqası-olmayan” kimi, xüsusi kimi müəyyən etdiyi nə varsa hamısı, əslində ona, onun konkret xüsusi mahiyyətini təşkil edən kimi aiddir (hələ göstərilməli olan); bütün bunlar onun konkret varlığından ayrılmazdır. Lakin bu “xüsusinin” hüdudlarında və onun vasitəsi ilə transsendental eqo obyektiv dünyanı “başqa” varlığın universumu kimi müəyyən edir, ilk növbədə, “başqasını” alter eqo modusunda müəyyən edir.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/04/10/edmund-husserl-kartezian-dusunceleri-17/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Qürur və tənəzzül

Ca Apr 4 , 2024
Qan Turalı   Dahi filosof, psixoanalizin banisi Ziqmund Freyd insana vurulan üç zərbədən bəhs edəndə hələ XX əsrin əvvəlləri idi. Bunların nəticəsində insanın gücü və qüdrəti zəifləmiş, özünəinamı sarsılmışdı. İlk zərbə 1543-cü ilə təsadüf edir. Həmin vaxt Nikolay Kopernik “Göy cisimlərinin hərəkəti haqqında” əsərini çap etdirmişdi. Əsər bəşər övladının min […]