Ümid Nəccarinin şeirlər kitabı Avstriyada nəşr olundu

Azərbaycanlı şair Ümid Nəccarinin “Cotton sounding letters” adlı kitabı Avstriyanın məşhur onlayn kitab evi “Morawa” saytında satışa çıxarılıb.

Kitab Britaniyada Nəşriyyat rəhbərliyinin təşəbbüsü ilə 92 səhifədə “JustFiction Edition” yayınları tərəfindən çap olunub.

Şeirləri İngilis dilinə tərcüməçi Rza Hüseyni Bəqanam tərcümə edib.

Qeyd edək ki, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü olan Ümid Nəccari bir neçə şeirlər kitabının müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Rumıniya, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Tənqidçi-esseist Ülvi Babasoyun hekayə və esseləri "Ulduz" jurnalında

Ça Apr 2 , 2024
Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti tənqidçi – esseist Ülvi Babasoyun “Alma”, “Tanrının gülüşü”, “Kimlik”, “Little boy”, “Məsih”, “Sirano və mismarlanmış qapılar”, “Mikrofon”, “Yazıq Jan-Mark”, “Ana bətnində təcavüz”, “Törəmə qanunu”, “Sevişək və çoxalaq!..”, “Sənətin estetikası və inestetikası” kimi hekayə və esseləri “Ulduz” jurnalının 2024 – cü il yanvar sayında […]