Edmund Husserl. Kartezian düşüncələri

Əvvəli: https://klv.az/2024/03/20/edmund-husserl-kartezian-dusunceleri-14/

 (davamı)

Düşüncə V. TRANSSENDENTAL VARLIQ SFERASININ AÇILMASI MONADOLOJİ İNTERSUBYEKTİVLİK KİMİ

§ 44. II Transsendental təcrübənin öz xüsusi sahəsinə reduksiyası

Biz bununla belə bir mühüm vəziyyəti müəyyən edirik. Belə bir açstraksiyanı həyata keçirdikdən sonra, bizə dünyanın uzlaşdırılmış təcrübəsinin fasiləsiz axan transsendental korrelyatı kimi, özünün əlaqə birliyində dünya fenomeninin daim bir qatı verilir. Bizim abstraksiyaya baxmayaraq, son dərəcə bu qatın hüdudlarında qalmaqla, biz fasiləsiz olaraq təcrübi müşahidələrimizi davam etdirə bilərik. Bu yeganə qat, daha sonra onunla əlamətdardır ki, o mahiyyətcə əsaslandıran, möhkəmləndirən qat kimi ortaya çıxır, yəni mən, özümün aktual təcrübəmlə bu qata malik olmasam, şübhəsiz, təcrübə kimi “digərləri” əldə edə bilmərəm, bu surətlə də, təcrübədə verilən kimi “obyektiv dünyanın” mənasını əldə edə bilmərəm, hərçəndi, bunun əksi də ola bilər.

Bizim abstraksiyanın nəticələrinə, yəni onun həyata keçirilməsindən sonra qalan şeylərə yaxından nəzər yetirək. Dünya fenomenlərində, dünya hadisələrində nə isə bir aşağı qat, onun obyektiv mənasını ilə mənim xüsusi sferamda təbiət kimi seçilir, belə ki, onu adi təbiətdən, yəni naturalistin mövzusu olan həmin təbiətdən dəqiq fərqləndirmək lazım gəlir. Əlbətdə bu da abstraktlaşdırma, xüsusən də, bütün psixi olanlardan və mənşəyı şəxsən şərtləndirilmiş obyektiv aləmin həmin predikatlarından təcrid olunma nəticəsində yetişir. Lakin naturalistin öz abstraksiyası ilə əldə etdiyi şeylər də, həmçinin obyektiv kimi, özündə obyektiv dünyanın özünə məxsus (transsendental müəyyənlikdə isə – obyektiv dünyanın predmetli mənasına) hansısa bir obyektiv qatını təmsil edir, öz növbəsində, o da nədən (obyektiv psixi, obyektiv mədəni predikatlardan və s) abstraksiyalaçırsa onu təmsil edir. Bizim abstraksiyamızda isə, dünyada bütün mövcudiyyətə intersubyektiv konstruksiyalaşan kimi, hər kəsə təcrübədə əlverişli görünən kimi məxsus olan “obyektivin” özünün mənası tamamilə və bütövlükdə yox olur. Belə ki, mənim xüsusi sferama, “digər” subyektivliklərin bütün mənalarından təmizlənmiş “sadə təbiətin” mənaları aiddir, həmçinin bu da hər kəs üçün olan bu dəqiqliyi itirir və deməli, heç bir halda dünyanın özünü və onun mənasını hansısa bir abstraktlaşdırılmış qat əvəzinə qəbul etmək olmaz.

Bu zaman, mən özümün, bu təbiətin əhatə etdiyi cisimlər arasında, mənim xüsusi sferamda öz unikallığı ilə seçilən və bir növ onların arasında yeganə olan canlı cismimi tapıram, hansı ki, cadəcə cisim deyil, həm də mənim tərəfimdən dünya qatının hüdudlarında abstraktlaşdırılmış canlı bədənim kimi yeganə obyektdir, belə ki, bu obyektlə mən təcrübəmlə fikirləşərək hiss etmə sahəmi qeyd edirəm, hərcəndi onlar da onunla müxtəlif cür əlaqəlidir (toxunma ilə hiss etmə sahəsi, istini, soyuğu və c. duyma sahələri), yeganə obyektdir ki, necə ki, mən onun üzərində, xüsusən də onun orqanları üzərində bilavasitə üstünlüyə malik oluram və hökmranlığım vardır. Toxunma hissinin kinestezisi sayəsində mən hər hansı anda əlimin köməyi ilə qavrayış əldə edirəm və edə bilərəm, görmə sayəsində – gözün köməyi ilə, həm də bu cür orqanik kinestezislər “MƏN edirəm” modusunuda axır və mənim “MƏN edə bilərəm” tezisinə tabe olur; daha sonra, bu kinestezisləri oyuna qoşmaqla, mən nə isə bir şeyi itələyə, hərəkətə gətirə bilərəm və beləliklə, əvvəlcə bilavasitə, sonra da birbaşa canlı cisim kimi fəaliyyət göstərə bilərəm. Qavrayış həyata keçirməklə, mən təcrübədə təbiətə, o cümlədən də, nəticə ehtibarı ilə, üstəlik reflektiv olaraq özü-özünə əlaqələndirilən canlı cismaniliyə aid nə varsa hamısını dərk edirəm və ya dərk edə bilərəm. Bu ona görə mümkün olur ki, mən bu və ya digər məqamlarda bir əlimin köməyi ilə digər əlimin varlığını dərk edə bilərəm, əllərimin köməyi ilə gözlərimi başa düşə bilərəm və s; bundan əlavə fəaliyyətdə olan orqan obyekt, obyekt isə – fəaliyyətdə olan orqan olmalıdır. Eynilə bu, ümumiyyətlə ilkin nəzərdən keçirilən təbiətin hər cür mümkün üsullarına və bu sonuncunun köməyi ilə canlı cismaniliyə də aiddir, buna görə də, praktiki yanaşmalarda özü-özü ilə əlaqələndirilir.

Mənim xüsusi sferaya reduksiya olunan canlı bədənimin üzə çıxarılması artıq özündə qismən “MƏN bu adam kimi” obyektiv fenomeninin xüsusi mahiyyətinin üzə çıxdığını göstərir. Əgər mən başqa adamları özümün xüsusi sferama reduksiya edirəmsə, mən onun hüdudlarında başa çatmış cisim əldə edirəm, əgər mən insan kimi özümü reduksiya edirəmsə, mən özümün canlı cismimi və özümün ruhumu və ya özümü psixofiziki vəhdət kimi, həm də onun daxilində – özümün şəxsi MƏN-imdə əldə edirəm, belə ki, o, bu canlı cisimdə fəaliyyət göstərir, həmçinin onun vasitəçiliyi ilə, zahiri dünyada hərəkət edir və ya onun təsirinə məruz qalır və beləliklə həm də, MƏN və onun həyatı ilə əlaqələndirilmiş bu cür unikal üsulların təcrübədə daimi iştirakı sayəsində, ümumiyyətlə canlandırılmış cismani orqanizmlərlə psixofiziki vəhdətdə konstruksiyalaşır. Əgər mənim xüsusi sferamda zahiri dünyanın, canlı cismin və psixofiziki bütövün bu cür təmizlənməsi gedirsə, onda- nə qədər ki, “Biz” və ya “Bizə” ifadələrinin hər necə olur-olsun, hər cür məna münasibətləri istisna edilir – mən özümün hansısa MƏN olaraq təbii mənamı, həmçinin də sözün təbii mənasında dünya ilə hər cür əlaqəliliyimi itirirəm. Lakin mən özümün müxtəlif xalis təəssüratlarımın qütbləri kimi mənim passiv və akyiv intensionallığımda axan mənəvi xüsusiyyətlərimlə və həmçinin təşkil edilmiş və ya hələ yalnız bu təəssüratlarda təşkil olunması lazım gələn bütün xatibuallıqlarla, MƏN-ə öxşar olaraq qalıram.

Bu orijinal abstraksiya sayəsində, necə ki, bunun nəticəsində “başqasının” mənası aradan qaldırılmışdı, biz hansısa bir dünyanı və ya xüsusi sferaya reduksiya olunmuş hansısa bir təbiəti qoruyub saxlayırıq, belə ki, bu təbiət və ya dünya MƏN-in cisminə, qəlbinə və şəxsiyyətinə malik olan cismani orqanizmin vasitəçiliyi ilə psixofiziki MƏN-i, reduksiya olunmuş bu dünyada mütləq unikal yaranış kimi özündə yerləşdirir. Şübhəsiz, onun daxilində öz mənasını bu MƏN-dən əldə edən predikatlara da rast gəlinir, məsələn, “dəyərli və işgüzar predikatlar”. Beləliklə, bütün bunlar təbii mənada qəti olaraq dünya ilə heç bir əlaqəyə malik deyil (ona görə də burada daim dırnaq işarəsindən istifadə olunur), burada ancaq mənim dünya təcrübəmdə yalnız tək mənə məxsus olan şeylər vardır ki, onlar da hər yerdə onun daxilinə işləyir və mənim mümkün müşahidəmlə, onunla əlaqə birliyində olur.

Deməli, dünyanın bu fenomeninin xüsusi sferada parçalanması ilə bizim fərqləndirdiyimiz şeylərin hamısı, konkret birlik yaradır, bu da həmin vəziyyətdən xəbər verir ki, məkani-zaman forması da – müvafik şəkildə xüsusi sferaya reduksiya olunmuş – həmçinin dünyanın bu reduksiya olunmuş fenomeninə daxildir; ona görə də, reduksiya olunmuş “obyektlər”, “şeylər”, “psixofiziki MƏN-lər” bir-birinə münasibətdə zahiri kimi mövcud olurlar. Lakin burada bizim diqqətimiz, hansısa aşkarlıqlar sırasının, lakin özünün aşkarlıqlarında paradoksal görünən əlamətdar bir vəziyyətini özünə cəlb edir. “Başqasının” arxa plana sıxışdırılması ilə mənim MƏN-imin cəm olan psixi həyatına toxunulmur, yəni mənim dünyanı təcrübi dərk etmə ilə həyata keçirilən həyatım da daxil olmaqla, mənim “başqasına” qarşı həqiqi və mümkün təcrübəmə toxunulmur. Deməli, mənim ruhi varlığım, dünyanın mənim üçün mövcud olan yekun quruluşunu, sonradan isə, mənim özümün konstitutiv sistemlərimin və “başqaları”nın da konstruksiyalaşdığı konstitutiv sistemlərə bölünmənin hissələrini özündə birləşdirir. “İnsan eqosuna” (psixofiziki) reduksiya olunan MƏN, beləliklə, məndən kənarda olan, müxtəlif obyektlərin yerləşdiyi dünyanın bir həlqəsi kimi konstruksiyalaşır, lakin intensional mənada, mən bütün bunları öz daxilimdə konstruksiyalaşdırır və özümdə daşıyıram. Əgər meydana çıxsaydı ki, mənim xüsusi sferamın hüdudlarında konstruksiyalaşan hər şey və deməli, reduksiya olunmuş dünyanın özü də, konkret olaraq ayrılmaz daxili müəyyənlik kimi canlı subyektin quruluşuna məxsusdur, onda MƏN-in xüsusi dünyası onun daxili özü-özünə açılışı ilə meydana çıxardı, digər tərəfdən isə, bilavasitə bu dünyada açılan MƏN, özü onun xarici momentlərindən biri olaraq üzə çıxardı və özünü xarici aləmdən fərqləndirərdi.

Tərcüməçi: Obaçı

Davamı: https://klv.az/2024/04/03/edmund-husserl-kartezian-dusunceleri-16/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Luis Bunyuelin kino kimi həyatı

Ca Mar 28 , 2024
Məşhur ispan rejissoru Luis Bunyuel müəllif kinosunun ən böyük simalarından biridir. Bunyuel sürrealizmi ilk dəfə kinematoqrafiyaya gətirən və sevdirən rejissordur. “Şükür ki, hələ də ateistəm” deyən Bunyuelin filmləri qədər müsahibələri, qısa açıqlamaları da sensasiyaya çevrilə bilib. Dali və Lorka haqqında xatirələri isə tirajlanmaqda və oxunmaqda davam edir. Katolik kilsəsinə nifrət […]